Əsas Səhifə > Şou-biznes > "Müharibə başlayanda oğlum və qardaşım da döyüşlərə qatıldılar"
"Müharibə başlayanda oğlum və qardaşım da döyüşlərə qatıldılar"9-11-2021, 09:20 |
“İşğaldan azad olunan bütün yurd yerlərimiz haqqında musiqilər ərsəyə gətirmişəm və doğma el-obamızı mannılarla vəsf etməkdən qürur duyuram”. Bunu Yenicag.az-a açıqlamasında Zəfər Gününün sevincini yaşyan tanınmış müğənni Əflatun Qubadov söyləyib. Repertuarını vətənpərvər ruhlu musiqilərlə bəzəyən sənətçi işğaldan azad olunan cənnət bölgələrimizin hər birini mahnılarla tərənnüm edir: “Müharibədən əvvəl də həmişə repertuarımda vətənpərvərlik mövzusunda mahnılar əsas yer tutub. Güclü Azərbaycanım, Milli Qəhrəman Mubarizin doğulduğu Biləsuvar, igidlər diyarı Şəmkir, Zəngilan, Şuşa haqqında mahnıları hər dəfə qürur hissi ilə oxuyuram. Bu mahnıların söz və musiqisi özümə aiddir. Torpaqlarımız işğaldan azad olunanda elə gözəl hisslər yaşadıq ki, elimizə-obamıza mahnı yazıb, oxumamaq mümkünsüz idi. Qalibiyyətimiz bizi daha gözəl musiqilər yazmağa ruhlandırdı. Zəngilan və Azərbaycanın baş tacı olan Şuşa haqqında oxudum. Füzuli haqqında bir mahnım ərsəyə gəldi, sənət dostlarımdan biri oxuyacaq. Cəbrayıl haqqında yazdığım bir mahnı yaxın günlərdə öz ifamda səslənəcək. O mahnıları oxuyanda mən də bir vətəndaş və həm də musiqiçi olaraq nəsə etdim deyə rahatlıq tapıram. Zəfər bizim qürurumuzdur. Müharibə başlayanda oğlum və qardaşım da “Vətən uğrunda” deyib döyüşlərə qatıldılar. 44 günün hər anı, hər saniyəsi yaddaşımızda silinməz izlər buraxdı. İgid oğullarımız şəhid, qazi oldular. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Qalib Azərbaycanın güclü ordusu və müzəffər Ali Baş Komandanımız var, hər zaman “Dəmir yumruq” ətrafında birləşmişik. Vətənimiz günü-gündən çiçəklənir, doğma torpaqlarımızda sürətli bərpa işləri gedir. Baxıb fəxarət hissi keçiririk. Allah vətənimizi qorusun, Vətənin keşiyində mətanətlə dayanan cəsur oğullarımız var olsun! Zəfərimiz mübarək! Qarabağ Azərbaycandır!” Geri qayıt |