Əsas Səhifə > Şou-biznes > "Qoy, Allah məni bağışlasın bu sözümə görə, ermənilər insan deyil"
"Qoy, Allah məni bağışlasın bu sözümə görə, ermənilər insan deyil"8-11-2021, 10:25 |
Xalq artisti Afaq Bəşirqızı Moderator.az vasitəsi ilə xalqımızı Zəfər Gününü təbrik edib: “Qarabağın alınacağı, geri qayıdacağını kiçikdən-böyüyə hamımız gözləyirdik. Biz bu günün həsrətini yaşayırdıq. Sözün açığı, qələbə gününü necə qeyd edəcəyimizi heç zaman düşünməmişdik. Düşünürdük ki, əgər torpaqlarımızı müharibə yolu ilə alacağıqsa, necə olacaq? Şəhidmi olacağıq? Əzizlərimizimi itirəcəyik? Bu günlə bağlı bir çox düşüncələrə qapılırdıq. Nəhayət, tanrı o günü xalqıma qismət etdi. Biz bu gün zəfərimizin, qələbə günümüzün bir illiyini qeyd edirik. 30 il gözlədik, dözdük, səbr etdik. Cəsur ordumuz cəmi 44 günə Qarabağı düşməndən azad etdi. Bunu xalqımızın mərd, qorxmaz oğulları etdi. Oğullarımız düşmənə layiqli cavablarını verdi. Qoy, Allah məni bağışlasın bu sözümə görə, ermənilər insan deyil. Mənim xalqıma bunları yaşadan, torpaqlarımda vandalizmlə məşğul olan, dinə, mədəniyyətə hörmət etməyən heç bir varlıq insan ola bilməz. Artıq biz torpaqlarımızı işğalçılardan azad etdik. Bunun üçün şəhidlərimizə, qazilərimizə minnətdarıq. Ali Baş Komandanımıza təşəkkür edirik. Onların borcu ödənməz. Əziz şəhidlərimiz, qazilərimiz yalnız sizə hörmət, məhəbbət sayqı göstərməklə biz haradasa bir az da olsa toxtaqlıq tapa bilərik. Mən istəmirəm bu zəfər günündə düşmən mənim nələr çəkdiyimi bilsin. İstəyirəm düşmən mənim nə qədər sevincli, yerə-göyə sığmaz xoşbxətliyimi görsün. Mənə bir neçə il bundan əvvəl sual vermişdilər ki, “siz xoşbəxtsinizmi?”. Mən o gün həmin suala cavab verməyə qorxurdum. Qorxurdum, çəkinirdim, izah edə bilmirdim. O sual verilən kimi Qarabağı düşünürdük, torpağı əlində olmayan, vətənsiz bir insan necə xoşbəxt ola bilər? İndi isə mən o sualın cavabını rahatlıqla verə bilərəm. Mən xoşbəxtəm, xalqım xoşbəxtdir. Bu xoşbətliyin daimi, yumruğun artıq polad kimi olmasını istəyirəm. İstəyirəm hamımız bir-birimizin qədrini bilək. Böyüklərə, ziyalılara hörmətlə yanaşaq. İstəyirəm olmayan bir şeyi şişirib hansısa ziyalımızı öndə gedənimizin xətrinə dəyək. Qədrimizi bilək. İstəyirəm insan olaq, insan”. Geri qayıt |