Əsas Səhifə > Şou-biznes > Əbülfəs Qarayevin həyat yoldaşının “Jazz’ı" niyə işləmir?
Əbülfəs Qarayevin həyat yoldaşının “Jazz’ı" niyə işləmir?4-11-2021, 10:05 |
![]() Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımovanın təsisisçisi olduğu "Jazz’ın Dostları” İctimai Birliyi fəaliyyətini dayandırıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu ilin mart ayınadək İB-də təmsil olunan şəxslər yalnız öz vəsaitləri hesabına bu təşkilatı qoruyub saxlaya biliblər. Hazırda isə təşkilat maliyyə çatışmamazlığı səbəbindən fəaliyyətini yalnız sayt üzərindən davam etdirə bilir. ![]() Məsələ ilə bağlı "Jazz’ın Dostları” İctimai Birliyinin direktoru, Azərbaycanda caz festivallarının təşkilatçısı, Prezident təqaüdçüsü Nuri Əhmədov təmsil etdiyi təşkilatın fəaliyyətini dondurulduğunu təsdiqləyib: "Bizə maliyyə ayrılmır. Öz vəsaitimiz hesabına saytı saxlaya bilirik. Siz bilmirsiz niyə maliyyə ayrılmır? Həmçinin koronaviris pandemiyası başlayandan Azərbaycanda caz festivallarını təşkil edə bilmirik. Master klass edə bilmirik”. Geri qayıt |