Əsas Səhifə > Şou-biznes > “Düşünürlər ki, o filmlərin adlarından istifadə edərək məşhurluq əldə edə bilərlər”

“Düşünürlər ki, o filmlərin adlarından istifadə edərək məşhurluq əldə edə bilərlər”


3-11-2021, 12:27
“Düşünürlər ki, o filmlərin adlarından istifadə edərək məşhurluq əldə edə bilərlər”
Uşaqlıqdan bəri dəfələrlə izlədiyimiz, izləməkdən doymadığımız “Bəyin oğurlanması”, “Qaynana”, “Bəxt üzüyü” və sair filmlər var ki, onlar nəinki əvvəlki dövrün, elə bizim dövrün də ən çox sevilən və izlənilən filmlərindəndir. Di gəl ki, indi sənətə gələn və bir balaca adını tanıtmaq istəyən rejissorlar daha asan və tez məşhurlaşmaq üçün bu filmlərin davamını və ikinci hissəsini çəkmək üçün səy göstərirlər, hətta çəkirlər də. Bəs görəsən o filmlərin təsir gücü, effekti əvvəlki kimi ola bilərmi?

Mövzu ilə bağlı Xalq artisti İlham Namiq Kamal Moderator.az–a təəssüratlarını bildirib:
“Adlarını qeyd etdiyiniz filmlər yüksək səviyyəli, keyfiyyətli filmlərdir ki, bu gün onlar haqqında başqa film çəkməyin nə mənası? Elə həmin filmlərə baxmaq kifayət edir. Ondansa rejissorlar, prodüserlər yeni layihələr etsinlər. Elə layihələr ki, onlar insanların marağına səbəb olsun.
Bəlkə düşünürlər ki, o filmlərin adlarından istifadə edərək məşhurluq əldə edə bilərlər? Bəzən sənətçilər arasında da şahidi olursan ki, onlar kimisə təqlid etməyə çalışırlar. Axı təqlid etmək orijinallıq deyil. Orijinal olmaq üçün yeni layihələr düşünmək və dəyərləndirmək lazımdır”.

Geri qayıt