Əsas Səhifə > Şou-biznes > “Vergi versəydiniz, “Rolls-Royce” sürə bilməzdiniz"

“Vergi versəydiniz, “Rolls-Royce” sürə bilməzdiniz"


29-10-2021, 10:00
“Vergi versəydiniz, “Rolls-Royce” sürə bilməzdiniz"
Aparıcı və prodüser Tarix Əliyevlə müğənni Cavanşir Məmmədov arasında canlı efirdə mübahisə yaşanıb.
Yeniavaz.com xəbər verir ki, aparıcının "Tarixin bir günü" proqramına qonaq olan sənətçi canlı yayıma bağlanan tamaşaçılardan birinə “Biz iki ildir, toylara gedə bilmirik, bəlkə, siz bizə kömək edəsiniz” sözlərini deyib.
Bundan sonra T. Əliyev əsəbiləşib. O, Cavanşir Məmmədovun absurd sözlər söylədiyini və onun kifayət qədər maddi imkanı olduğunu bildirib. Aparıcı müğənnilərin vergi ödəməsi ilə bağlı məsələyə də toxunub və Cavanşirə Məmmədova "Vergi ödəsəydiniz, indi “Rolls-Royce” sürə bilməzdiniz" deyib.
Daha sonra müğənni aparıcının bu sözlərinə sərt reaksiya verib:
““Rolls-Royce” almaq üçün mən bağ evimi satmışam. Neynəməliyik? Acından ölməliyik? Mən “Rolls-Royce” sürməliyəm. Hətta üçünü birdən sürə bilərəm. Çünki mən 50 ildir bu xalqa xidmət edirəm”.




Geri qayıt