Əsas Səhifə > Şou-biznes > “Məcbur etməsinlər ki, gecə ilə onları evlərindən çıxartdırım...”

“Məcbur etməsinlər ki, gecə ilə onları evlərindən çıxartdırım...”


12-10-2021, 09:09
“Məcbur etməsinlər ki, gecə ilə onları evlərindən çıxartdırım...”
“Mənim üçün pis insan yoxdur. Bəzən pislik edən insanların halına da yanıram, onların valideynlərini düşünürəm. Bilmirəm ki, o adamlara nə deyim? Axı bilmirsən evindəki valideyni hansı əqidədə olan insandır? Başımız bu qədər bəlalar çəkdi, pandemiyadan insanlar dünyasını dəyişdi, yenə də dərs çıxartmadılar. Mən tənqidə açıqam, amma təhqirə yox! Heç kimə də ixtiyar vermərəm ki, məni təhqir etsin. Kimisə təhqir edənlərin özlərindən xəbərləri belə yoxdur”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. O daha sonra əlavə edib.

“9 dənə öz real şəkilimi instaqrama yükləyirəm, birini də fotoşop edirəm. Ürəyim belə istəyir, belə də paylaşıram. Mən o şəkili instaqrama yükləməklə ərə gedəcəm? Özümə söz vermişəm, bu dəfə elə təhqir etsələr, canlı açıb birbaşa adlarını çəkəcəm. Bəsdirin daha! İnanın Allaha pislik etmək istəmirəm, istəsəm onları gecə yerlərinin içindən çıxartdıraram! Buna məni məcbur etməsinlər! Bəzən də onlara özəl mesaj yazıram ki, özünüzə yığışın, bu nədir belə? Mənə deyirlər ki, siz məni təhqir edirsiniz, hüquqlarımızı pozursunuz! Birincisi mən səni təhqir etmirəm, izah edirəm ki, olmaz, ayıbdır! Sənətçi sənin düşmənin deyil! Bəs sən məni təhqir edəndə hüququmu pozmursan?! Yazırlar ki, sizi görüm qırılasınız! Niyə qırılaq axı?! Bu çətin, ağır günlərdə sənətçilər idi də xalqa dəstək duran!” deyə müğənni bildirib.

Ruhəngiz Allahverdiyeva sosial şəbəkələrdə paylaşılan mənfi xəbərlərin insanların əqidəsinə təsir etdiyini bildirib.

“Nə qədər mənfi xəbərləri paylaşarlar?! Ona görə də insanlar bir-birinə qarşı aqressiv olub. Mən istəmirəm ki, bu xəbərlər yayılsın, guya o xəbərləri yaymaqla kiminsə tərbiyəsini düzəldə bilirik? Bir az da insanları pozurlar. Vallah yanımda deyiblər, eşitmişəm ki, filankəs filan yoldadır, evi, maşını, pulu. Mən də o əyri yolla gedim, mənim də olsun. Bir adamla yol getməyə də qorxursan ki, götürüb yazacaqlar ki, sevgilidirlər. Hamı çəkir, yerləşdirir yutuba, instaqrama. Bütün müğənnilər, sənətçilər ayağa qalxsa izləyicilər belə hallara yol verməzlər. Bəziləri susur, çünki onlara sərf edir, bəlkə də ehtiyacları var reklama. Mənim buna ehtiyacım yoxdur, istəsəm gündə efirlərə çıxaram. Belə əskik reklam mənə lazım da deyil. Mən nifrət edirəm ki, gəlib müğənni olmuşam! İnsanı sənətə həvəsdən də salırlar. Ağzıgöyçəklər yazır ki, bu nə oxuyub ki? Mən bir “Kor ərəb” oxumuşam, gedin arxivi axtarın tapın. Ara mahnılarını oxumaqla deyil, bəstəkar mahnılarını oxumaq sənətçidən dux istəyir” deyə əməkdar artist bildirib.


Geri qayıt