Əsas Səhifə > Şou-biznes > "Türkiyədəki seriallar niyə partladır?"

"Türkiyədəki seriallar niyə partladır?"


11-10-2021, 09:00
"Türkiyədəki seriallar niyə partladır?"
“Yaxşı film yaxşı ssenaridən, peşəkar aktyordan və aktyora verilən kifayət qədər qonorardan ibarətdir. Təbii ki, filmi istədiyin kimi çəkməyin üçün onun büdcəsi də yaxşı olmalıdır. Hələ ki, özüm çəkilib, təcrübə yığıram. Bilmək olmaz, bəlkə gələcəyinə çox yaxşı imkanım olsa öz büdcəmlə maraqlı bir film ərsəyə gətirə bilərəm. Neçə illərdir ki, çalışırıq nəsə edək. Azərbaycanda kifayət qədər istedadlı insanlar var. Sadəcə onların üzərində işləmək lazımdır. Türkiyədəki seriallar niyə partladır? Hansısa aktyoru seriala dəvət edəndə göndərirlər Amerikaya, Hollivuda ki, orada ya at sürməyi, ya qılınc oynatmağı öyrənsin. Tam hazır olandan sonra o setə gələ bilər. Təbii ki, bunların hamısı büdcədir, puldur. Türkiyədə elə seriallar var ki, bir seriyasına milyonlar xərclənir, amma bizdə 10 milyona 7-8 serial çəkmək olar”

Bunu Moderator.az-a açıqlamasında tanınmış model, aktyor Rüstəm Cəbrayılov deyib. O hal-hazırda çəkildiyi “Xosrov və Şirin” serialından da danışıb.

“Bu ekran işi dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub. Təbii ki, bu əsərdən qaynaqlanan serial müasir formada tamaşaçılara təqdim ediləcək. Bu ayın sonu efirə çıxacaq. Serialın rejissorları Elməddin Alıyevlə Xəyyam Abdullayevdir. Mən Xosrov obrazını oynayıram. Aktyor kimi tanınmaq və tamaşaçıların sevgisini qazanmaq üçün bu rolu qəbul etdim. Mənə elə gəlir ki, uğurlu olacaq. Bu serialda sözün əsl mənasında işinin peşəkarları iştirak edirlər. Təbii ki, onlarla uzlaşmaq üçün yaxşı hazırlaşmaq lazım idi. Tərəf müqabilin yaxşı olanda istədiyin obrazı reallaşdırmaq asan olur, bir-birinizə əziyyət vermirsiniz” deyə müsahibimiz bildirib.

Rüstəm yeni bir filmdə də çəkildiyini bildirib.

““Doğma torpaq” adlı bir filmdə də çəkilirəm. Rejissor İlqar Safat çəkir bu filmi. Filmin mövzusu Ermənistan-Azərbaycan münaqişələrinə, nankor qonşumuzun bizə qarşı törətdiyi faciələrə həsr olunub. Baş rolda elə rejissorun özü iştirak edir. İnşallah film 2022-ci ildə tamaşaçılara təqdim ediləcək” deyə o bildirib.



Geri qayıt