Əsas Səhifə > Şou-biznes > "Mənə qarşı koalisiya qurublar"

"Mənə qarşı koalisiya qurublar"


8-10-2021, 10:11
"Mənə qarşı koalisiya qurublar"
“Məni telekanallara yaxın buraxmırlar, mənə qarşı koalisiya qurublar”, – deyən tanınmış aparıcı Kamran Həsənli bunun səbəblərini Yenicag.az-a açıqlayıb.

K.Həsənli ondan qorxduqlarını əsas gətirib:

“Səbəbi budur ki, televiziyaların bugünkü mənzərəsi ilə razı deyiləm. Təbii ki, mən ora gəlsəm, tamamən fərqli televiziya görəcəksiniz. Televiziyalarda peşəkarlar yoxdur. Qeyri-peşəkarlar təcrübəli peşəkarlardan qorxurlar. Ona görə də bizi ora yaxın buraxmaq istəmirlər. Bilirlər ki, lazımsıza çevriləcəklər. Hamısına şamil etmirəm, amma telekanal rəhbərlərinin əksəriyyəti televizionçu deyillər deyə onlar da bizimlə toplantıda üz-üzə oturmaqdan utanacaqlar, utanırlar da. İstəmirlər ki, onların naşılıqları ortaya çıxsın. Hansı ki, bunu hər kəs bilir. Bu gün Azərbaycan tamaşaçısının televiziyalara münasibətinin necə olması da bəllidir. Ona görə də koalisiya yaradıblar, üç ildir ki, məni teleməkana yaxın buraxmırlar. Yəni qorxularından belə edirlər”.



Geri qayıt