Əsas Səhifə > Şou-biznes > "Məni Şuşa səfərlərinə dəvət etməyiblər"

"Məni Şuşa səfərlərinə dəvət etməyiblər"


7-10-2021, 09:54
"Məni Şuşa səfərlərinə dəvət etməyiblər"
"Doğulub-böyüdüyüm, 30 il həsrətində olduğum Şuşaya hələ uzaqdan baxıram”.

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Xuraman Şuşalı deyib. Müğənni 30 il bundan öncə Şuşadan çıxan sonuncu qız olduğunu deyib:

"Məni Şuşa səfərlərinə dəvət etməyiblər. Sözün düzü, hələ dəvət gözləyirəm, deyirəm, bəlkə kiminsə yadına düşəm. Mən axı şuşalıyam. Düzü, bir dəfə maraqlandım, dedilər, fikirləşdik ki, siz uşaqlasınız, bu üzdən getməzsiniz. Niyə getmirəm? İnsan 30 il həsrətində olduğu Şuşaya, vətəninə getməz? İncimişəm, niyə öz vətənimə getmək üçün kimlərəsə müraciət etməliyəm? Şuşadan sonuncu çıxan bir qız olaraq fikirləşirdim ki, ora ilk gedənlərdən biri də mən olaram. Amma olmadı. Allah nəsib eləsin, tezliklə mən də gedim, uşaqları da aparacağam. Qoy uşaqlarım da ana vətənlərini görsün. Mən sonuncu gün Şuşadan anam və atamla çıxdım. Amma onları itirdim, hər ikisi bu dünyadan Şuşa həsrətiylə köçdü. Mən kiməsə ağız açan deyiləm, böyük-böyük şəxslərin məclisində olmuşam, heç vaxt kiməsə yaxınlaşıb nəsə xahiş etməmişəm. Etmərəm də”.

Xuraman Şuşalı deyir ki, yeni bir mahnı yazdırıb:

"Qayıdıram sənə Şuşam” adlı mahnı yazdırmışam. Şuşaya gedəndə ona klip çəkdirəcəyəm”.


Geri qayıt