Əsas Səhifə > Şou-biznes > "Hazırlaşın, dublyaj olunmuş Türkiyə serialları bu mövsüm daha çox olacaq"

"Hazırlaşın, dublyaj olunmuş Türkiyə serialları bu mövsüm daha çox olacaq"


29-09-2021, 15:41
"Hazırlaşın, dublyaj olunmuş Türkiyə serialları bu mövsüm daha çox olacaq"
Ötən mövsüm Türkiyə seriallarının Azərbaycan dilinə tərcümə olunaraq nümayişi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Belə ki, türk seriallarının orijinal variantına baxdığımız halda ona səliqəsiz dublyajda baxmağın mümkünsüz olduğunu bildirmişdilər. Ən əsası isə, bu cür seriallar dublyajla təqdim olunduqda onun orijinal intonasiyası, effekti aşağı düşür. Artıq yeni mövsümdən yerli telekanallarımızda nümayiş olunacaq türk seriallarının sayı çoxalmağa başlayıb.

Bəs görəsən, bu serialların dublayjına ehtiyac duyulmadığı halda niyə yenidən nümayişinə qərar verilib?

Mövzu ilə bağlı tanınmış prodüser Oqtay Əliyev Moderator.az-a danışıb:

“Xarici filmlər, seriallar Azərbaycan dilinə tərcümə olunaraq nümayiş olunur. Həmin filmlər telekanallar üçün heç də pulsuz başa gəlmir. Onların hamısına pul ödənilir. Telekanal onların pulunu ödəyir ki, ondan reytinq əldə etsin. Çox qəribə olsa da həmin seriallar yaxşı reytinq verir. Dublyaj olunmuş serialların reytinqlərinə baxanda şok oldum. Təsəvvür edin ki, 20-30 il bundan qabaq çəkilən “Bu şəhərdə”-ni yenidən təkrar nümayiş etdirirlər və bu 30 ildə 30 dəfə göstərilən verilişdə reytinq kəllə çarx vurur. Bəlkə də hər birimiz o serialların, verilişlərin sözlərini də əzbər bilirik. Biz bəzən bunu hesablaya bilmirik. Tamaşaçı baxdığı serila, verilişə oturub təkrar niyə həvəslə baxsın ki, deyə düşünürük. Amma baxanlar çoxdur. Bu göstəricidir, reytinqdir.
İnsanlar ona pul verir. Təsəvvür edin ki, o serialların hər seriyası puldur. Az pul da deyil, türk seriallarının bir seriyası təxminən bizə 500 avroya satılır. Telekanal hər seriyadan o pulu çıxarır. Ona görə də telekanallar türk seriallarını almağa daha çox maraqlıdırlar. İndi daha həvəslə daha çox alırlar. Hazırlaşın, dublyaj olunmuş türk serialları bu mövsüm daha çox olacaq”.

“Telekanalı türk seriallarına yatırdığı pulu yerli serial bazarına xərcləmək mümkün olmazdımı ki, daha yaxşı seriallarımız çəkilsin?”- sualımıza Oqtay Əliyev bunun telekanala sərf etməydini qeyd etdi:

“Siz çox haqlısınız. Yerli serial bazarını inkişaf etdirmək lazımdır. Yerli serialların daha maraqlı, daha gözəl etmək üçün ona maliyyə ayrılmalıdır. Yerli seriallara da maliyyə ayrılır, ancaq alınan türk seriallarının seriyası qədər deyil. Türk serialının bir seriyasının puluna Azərbaycanda bütün serialları yığsan verilən puldan 2 dəfə çox edər. Belə olduğu halda, Türkiyədə serial çəkənlər daha maraqlı, daha keyfiyyətli canla-başla nələrsə edirlər. Açıq danışaq ki, belə olduğu halda da onların serialları bizimkilərdən 10 qat yox, 20 qat daha yaxşı alınır”.



Geri qayıt