Əsas Səhifə > Şou-biznes > "Teatrların açılması xəbəri ad günümə ən böyük hədiyyə oldu"

"Teatrların açılması xəbəri ad günümə ən böyük hədiyyə oldu"


25-09-2021, 09:40
"Teatrların açılması xəbəri ad günümə ən böyük hədiyyə oldu"
“Doğum günlərimi adətən evdə ailə üzvlərim və ailəvi dostlarımla birlikdə qeyd edirəm. Bu gündə unudulmayan uşaqlıq illəri adamın yadına düşür, yaşa dolduğunu dərk edirsən. Təbii ki, atalı-analı ad günlərim üçün çox darıxıram. Qızıma anamın adını qoymuşam, anamın xüsusiyyətlərindən də əlavə ona bənzərliyi də var. Almazı həm qızım kimi, həm də anam kimi çox istəyirəm, onunla nəfəs alıram, yaşayıram. Atam hər zaman bütün ailə üzvlərimizin ad günlərini qeyd edərdi, yəqin ki, mənə də ondan keçib”

Bunu Moderator.az-a bu gün doğum gününü qeyd edən Akademik Milli Dram Teatrının aparıcı aktyoru, əməkdar artist Anar Heybətov deyib. Sənətçi daha sonra əlavə edib.

“Bilirsiniz ki, oktyabr ayından 2 ilə yaxındır ki, üzünə həsrət qaldığımız teatrlar da fəaliyyətlərini bərpa edəcək. İnanın bu xəbəri eşitdiyim andan sevincimin həddi-hüdudu yoxdur. Yəqin ki, bütün həmkarlarım mənim qədər sevinir. Teatrların açılması xəbəri ad günümə ən böyük hədiyyə oldu. İnşallah teatrlar açılsın yavaş-yavaş tamaşaları bərpa edib, tamaşaçıların görüşünə gələcəyik. Təbii ki, tamaşaları, mizanları xatırlamaq bizdən bir az zaman tələb edir. Yəqin ki, tez bir vaxtda məşqlər edib, bu çatışmazlıqları da aradan qaldırarıq. Həqiqətən də çox sevinirik. Füsrətdən istifadə edib teatr sevərləri, tamaşaçıları, həmkarlarımı təbrik edirəm. Nə mən, nə də digər həmkarlarım düşünməzdi ki, nə vaxtsa teatrdan bu qədər uzaq düşəcəyik. Ona görə də ağlımıza gəlməyən, başımıza gəlmişdi. Çox şükür ki, bu məsələ də artıq öz həllini tapdı” deyə Anar Heybətov bildirib.



Geri qayıt