Əsas Səhifə > Şou-biznes > Əməkdar artistdən aparıcılara SƏRT İRAD:
Əməkdar artistdən aparıcılara SƏRT İRAD:24-09-2021, 10:59 |
“Aparıcıların danışıq tərzi məni çox qıcıqlandırır. Danışıqda sərbəstliyə çox yol verilir”. Bu fikri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa, Əməkdar artist Nahidə Orucova deyib. Vaxtilə özü də telekanallarda aparıcı kimi fəaliyyət göstərən N.Orucova efirdə sərbəstliyin əleyhinə olmadığını, lakin danışıq zamanı ədəbi dilin qaydalarına əməl olunmasının vacibliyini bildirib: “Sərbəstliyin əleyhinə deyiləm. Çünki müasir zəmanədə yaşayırıq və efirdə tələb olunan qədər sərbəstlik olmalıdır. Sözsüz ki, o da əndazəni aşmamaq şərti ilə. Amma danışıq, diksiya elədir ki, bu məsələdə sərbəstliyə yol vermək olmaz. Diksiya təmiz, səlis və Azərbaycan dil qaydlarına uyğun olmalıdır”. Əməkdar artist hesab edir ki, efirdə verilş aparan hər bir aparıcı ilk öncə məktəb keçməlidir: “Bizim vaxtilə sözünü demiş məşhur diktorlarımız olub, bu gün də var. Hansı ki, hər zaman biz onlardan örnək götürmüşük, necə danışmağı, necə izləyicilərlə ünsiyyət qurmağı, efir mədəniyyətini öyrənmişik. Yaxşı olardı ki, eifrə çıxmazdan öncə aparıcılar həmin diktorların yanında kurs keçsinlər, ədəbi dilin qaydalarını öyrənsinlər. Belə olan halda, efirdə də naşı görünməyəcəklər”. Bir vaxtlar aparıcı kimi özünü sınayan Nahidə Orucova bu gün də eyni missiyanı yerinə yetirmək arzusundadır və bunun üçün telekanallardan dəvət gözləyir: “Layihələr çoxdur. Telekanallardan dəvət gözləyirəm”. Geri qayıt |