Əsas Səhifə > Şou-biznes > "Fatmanın, Tükəzbanın yataq otağında nə baş verir, nəyimizə lazım axı...”
"Fatmanın, Tükəzbanın yataq otağında nə baş verir, nəyimizə lazım axı...”15-09-2021, 11:33 |
“Əlbəttə, bizim ailə problemlərini həmin verilişlər həll etmir. Ailə öz daxilində problemini həll edə bilmirsə, reytinqə hesablanmış veriliş və bütün kanalları gəzən ekspertlər bunu necə həll edəcək?” Bunu Moderator.az-a açıqlamasında teleaparıcı Rövşanə Ağasəfqızı deyib. R.Ağasəfqızı reytinq xətrinə bu cür verilişlərdə ailə problemləri üzərində şou qurmağın əleyhinə olduğunu bildirib: “Reytinq xətrinə ailənin ən intim məqamlarını da bəzən üzə çıxarırdılar. Aparıcıları anlayıram, qarşılarında reytinq kəndiri var, məcburdurlar işlərinə xətir hər şeyi açıb töksünlər ki, reytinq cədvəlində birinci olsunlar. Amma kimlərsə abırdan düşür. Və illərlə sosial veriliş aparan jurnalist kimi deyirəm ki, çox nadir hallarda boşanmaq istəyən barışır. Davalı gəlin-qayınana efirdən sonra cici-bacı olurlar. Efir bitdi, vəssalam. Aparıcıya lazımdırsa, bir şou qurub müsibət məsələni uzadacaq, lazım deyilsə, məsələ orda bağlandı. Ailə sandıq kimidir, açıb tökdünsə, gizlin heç nə qalmadısa, hamı xəbərdar oldusa, daha onu bir yerə yığmağın da mənası yoxdur. Üzüsulu bitirmək lazımdır. Ailə mövzuları üzərində şou yaradılmasının qəti əleyhinəyəm. Məncə, artıq elə mövzular da tamaşaçını yorub. Fatmanın, Tükəzbanın yataq otağında nə baş verir, nəyimizə lazım axı”. Geri qayıt |