Əsas Səhifə > Şou-biznes > "Xoşqədəm Hidayətqızı bizə müraciət etməyib"
"Xoşqədəm Hidayətqızı bizə müraciət etməyib"31-08-2021, 10:26 |
Ötən gün bir sıra saytlarda "Səni axtarıram" verilişinin müəllifi və aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının Xəzər TV-dən ayrıldıqdan sonra başqa telekanallarda iş tapa bilməməsi, xanım aparıcının Space TV və Real TV -ə müraciətinin də müsbət cavablandırılmadığı, Xoşqədəm Hidayətqızı ilə kanalların işləmək istəmədiyi haqda məlumatlar yayılıb. Yayılan xəbərlə bağlı Manset.az adıçəkilən televiziya rəhbərlərindən məsələyə münasibət öyrənib. Real TV-nin rəhbəri Mirşahin Ağayev Manset.az-a açıqlamasında Hidayətqızının onlara hər hansı müraciətinin olmasını təsdiq etməyib. SpaceTV-nin rəhbərliyindən isə Manset.az-a bildirilib ki, "Bizim Xoşqədəm xanıma qarşı böyük hörmətimiz var, ancaq onun tərəfindən bizə müraciət daxil olmayıb. Yayılan məlumatlar həqiqəti əks etdirmir." Qeyd edək ki, Xoşqədəm Hidayətqızı ötən gün açıqlama verərək Xəzər TV-dən öz istəyi ilə ayrıldığını bildirib. Geri qayıt |