Əsas Səhifə > Şou-biznes > AzTV-də nə baş verir?
AzTV-də nə baş verir?31-08-2021, 09:49 |
![]() Uzun illər Azərbaycan Televiziyasının (AzTV) Baş proqram direktoru olmuş İlham Alışanov vəzifəsindən çıxarılıb. KONKRET.az-a bu barədə AzTV-dəki mənbələrdən məlumat daxil olub. İlham Alışanov televiziyada bədii komissiyanın rəhbəri təyin olunub. Qeyd edək ki, bu komissiyaya Telli Pənahqızı başçılıq edib. ![]() Məlumat üçün bildirək ki, Baş Proqram direktorluğu televiziyanın fəaliyyətini tənzimləyir. Qurumun tərkibinə “Proqramlaşma, planlaşma və analitik”, “Buraxılış və əlaqələndirmə” şöbələri daxildir. Müğənni Mehin Hümbətova da televiziyadan uzaqlaşıb. O, AzTV-dən öz ərizəsi ilə çıxdığını deyib: “Verilişin yayımı dayanmır, bütün işçi heyəti işdən çıxdığına görə onları yarıyolda qoymamaq üçün ərizəmi yazıb çıxdım. Növbəti pulsuz çalışan komandaya uğurlar arzu edirəm”. Geri qayıt |