Əsas Səhifə > Şou-biznes > "Mən şəxsən özüm gedib onları görmüşəm"
"Mən şəxsən özüm gedib onları görmüşəm"24-08-2021, 08:25 |
“Əlbəttə ki, bu gün təəssüratlarımız çox möhtəşəmdir. Doğrudan da ağrı-acıyla qeyd etdiyimiz günləri artıq geridə qoyduq. Bu bizim çox böyük qələbəmizdir. Təbii ki, bu yolda illər boyu çox böyük əziyyətlər var” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Elçin Həşimov deyib. Tarzən bir vaxt işğal altında olan doğulduğu Füzuli rayonunun azad edilməsinə görə çox sevindiyini bildirib: “Həm Füzuli, həm də digər rayonlarımızın əhalisi çox böyük əziyyətlər çəkdilər. Səbr etdik, ümidimiz üzülmədi, şükür qovuşdurana. Allah Ali Baş Komandanımızın canın sağ eləsin, həmişə ordumuzun, xalqımızın rəhbərliyində möhkəm dursun. Çünki biz ona inanırıq, ona güvənirik. Azərbaycan əsgərinə, ordusunə arxalanırıq. Allah şəhidlərimizə rəhmət etsin, onların qanı, qazilərimizin canı, mərdliyi, igidliyi hesabına o torpaqlar işğaldan azad olunub. Qarabağ problemi yoxdur. Bu hər bir kəsi sevindirir ki, dünən artıq Füzuli hava limanına sınaq uçuşları həyata keçirilib. Şükür Allaha ki, orda çox sürətlə quruculuq işləri gedir. Mən şəxsən özüm gedib onları görmüşəm. İnanıram ki, işğaldan azad edilən rayonlarımızın çox gözəl gələcəyi olacaq. Orda yeni yaradılan müasir infrastruktur əhalinin o yerlərə qayıdıb xoş günlərini görməsinə səbəb olacaq. Bu əmin-amanlığı bizim torpaqlarımıza gətirdiyi üçün bir daha Ali Baş Komandanımıza təşəkkür edirik. Çox şükürlər olsun ki, arzularımıza çatdıq. Bütün Azərbaycan xalqını və Füzuli sakinlərini təbrik edirəm”. Qeyd edək ki, 1993-cü ilin 23 avqustunda Füzuli və 24-də isə Cəbrayıl rayonu ermənilər tərəfindən işğal olunmuşdu. 2020-ci il Vətən müharibəsi zamanı ordumuz oktyabrın 4-də Cəbrayılı, 17-də isə Füzulini düşmən tapdağından azad etdi. Geri qayıt |