Əsas Səhifə > Şou-biznes > “Kim istəyər ki, ali təhsil alıb gedib süpürgəçi işləsin...”
“Kim istəyər ki, ali təhsil alıb gedib süpürgəçi işləsin...”20-08-2021, 09:09 |
“Nigahların sayında artım o qədər də nəzərə çarpacaq dərəcədə deyil və bu da yəqin pandemiyadan irəli gəlir. Boşanmaların sayında da artım yenə pademiyadan irəli gəlir. Çünki bütün dünyada, hətta BMT rəhbərliyi də açıqlama verdi ki, qapanmalar, karantin, fövqəladə hallar, pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlər nəticəsində hamı evə çəkildi və bütün monstrların iç üzləri evdə üzə çıxmağa başladı”. Bunu Moderator.az-a açıqlamasında jurnalist, teleaparıcı Aytən Səfərova deyib. A.Səfərova ailələrdə baş verən münaqişələrin bir çox səbəblərini sadalayıb: “Bəziləri səhər gedib axşam gəlirdi, kimsə tüfeyli həyat sürürdü və axşam evə gələndə yorğun olub yatırdı, bəziləri də işsizlikdən evə qapandığı üçün işsizlikdən artıq əsəbləri gərilib. Hamı evdədir, ona görə də insanlar əsəbiləşir, başlayırlar mübahisə etməyə və sonra da evdə zorakılıq başlayır.Yəni bu səbəbdən yəqin ki, mənim hesabıma görə boşanmaların sayı artıb. Bu da əlbəttə ki, təəssüfləndirir. Çox təəssüf ki, kişilər indi qadınlardan daha dözümsüz olublar, əsəbləri daha zəifdir. Eyni zamanda da, işsiz qalan kişilərin çoxu evdə zorakılıqla məşğuldur. Çünki iş tapmırlar, əsəblərini ailələrinin üstündə çıxarırlar. Amma əvvəllər boşanmaların sayı niyə az idi, çünki hamının işi var idi. Diplomu olan təyinatı üzrə işə düzəlirdi. İndi heç normal iş tapmaq olmur”. A.Səfərova deyib ki, bunun səbəblərdən biri də insanların özlərinə uyğun iş tapa bilməmələridir: “Bəh-bəhlə deyirlər ki, iş təklif edirik. İş də ki, nə iş, süpürgəçi. Təsəvvür edin ki, kimsə nazirliyə müraciət edir və ona süpürgəçi işini təklif edirlər. Sonra da deyirlər ki, bizim təklif etdiyimiz işləri bəyənmirlər. Əlbəttə, kim istəyər ki, ali təhsil alıb gedib süpürgəçi işləsin, yaxud da hansısa ayaqyolunu yusun. Çox adam işsiz qalır, evdə əsəbiləşir, mübahisələr olur və sonu da gəlib boşanmalara çıxır. Boşanmaların bir səbəbi də hesab edirəm odur ki, insanlar türk seriallarına baxıb, başqa eşqə düşürlər, tez alışırlar, tez də sönürlər. Ümumiyyətlə, həm qadında, həm də kişidə səbr olmalıdır. Nəyə görə deyirlər ki, xeyirli və kədərli günlərdə, əsəbiləşəndə də bir-birilərini sakitləşdirməyi bacarmalıdır. Dözümsüzlük, səbrsizlik əsas amillərdən biridir”. Jurnalistin sözlərinə görə, burda valideynlərin də üzərinnə böyük məsuliyyət düşür: “Yenə də burda valideynlərin rolu az deyil. Valideylər də təmkinli olmalıdır, kimə gəldi uşaq verməməlidir. Eyni zamanda, bu gün narkomaniyanın baş alıb getməsi də boşanmaların arxasında duran səbəblərdən biridir. Yaxşı ki, polis onları tutub məsuliyyətə cəlb edir. İstənilən halda ailə hər şeydir, müqəddəsdir və övladlar varsa, insan valideyn olandan sonra övladları üçün yaşamağa başlayır. Övlad böyüyüb boya-başa çatandan, ali təhsil alandan sonra valideynlər rahat nəfəs alır və sonra öz həyatlarını yenə də davam edirlər. Amma ailədə eqoizm də yolverilməzdir. "Mən" sözündən irəli gəlir bütün boşanmalar. Ailə qurandan sonra "Biz" sözü olmalıdır. Hər halda hamıya xoşbəxt ailə arzulayıram”. Geri qayıt |