Əsas Səhifə > Şou-biznes > "İndi baxın efirlərə hətta çıxıb ailənin ən intim problemini rahat danışırlar..."

"İndi baxın efirlərə hətta çıxıb ailənin ən intim problemini rahat danışırlar..."


18-08-2021, 12:20
"İndi baxın efirlərə hətta çıxıb ailənin ən intim problemini rahat danışırlar..."
Xəbər verdiyimiz kimi Azərbaycanda boşanmaların sayında artım müşahidə olunur.

Bəs görən boşanmalar niyə pandemiyaya çevrilməkdə, onun peyvəndi nədir?

Moderator.az-ın əməkdaşı sualı aparıcı Rövşanə Ağsəfqızına və psixoloq Zeynəb Eyyubovaya ünvanlayıb.

R.Ağasədqızı bir sıra sosial problemlərin ailənin dağılmasına səbəb olduğunu bildirib:

"Boşanma sayının artmasının səbəbləri cox ola bilər. Əvvəllər ətrafa, qonum-qonşuya, dost tanışa "xasiyyətimiz düz gəlmədi"deyib məsələni hörmətli qapadardılar. İndi baxın efirlərə hətta çıxıb ailənin ən intim problemini rahat danışırlar. Mənə ele gəlir boşanma səbələrindən başlıcası sosial durumdur.

Ev problemi, işsizlik, ailənin təminatı hər şey gəlib maddi vəziyyətin aşağı olmasına dirənəndə ailədə söz söhbət başlayır. Aqressiya, əsəb, qıcıq doğuran yanaşma, tikanlı münasibət və sonuc ayrılıq. Nece deyərlər ehtiyac qapıdan girəndə sevgi bacadan qaçır. Bu səbəblərdən biridir təbii qısqanclıq, xəyanət, sevgisizlik və intim uyğunsuzluq da boşanmaya gətirib cıxarır.
Zamanla boşanmalar cox ayıb sayıldığı üçün tərəflər dözmək zorunda qalıb bir dam altında çürüyürdülər. İndi yanaşma və münasibətlər dəyişdiyi üçün hətta kiçik problemlər də təəssüf ki, boşanmaya imza atmağa nədən olur".

Psixoloq Zeynəb Eyyubov isə boşanmalara səbəb kimi ailə quran şəxslərin dəyişmədiyini və xəyanət etdiklərini bildirib:

"Dövrün aktual problemlərindən biri artıq boşanmalardır. Boşanmaların yaranma səbəblərindən biri evlilik, ailə qurmaq anlayışını dərk etməyən insanların ailə həyatı qurmalarıdır. Yəni bir kişi və ya bir qadın evliliyin məsuliyyətini dərk etmədən evliliyə addım atır və evlilikdə özünü evli aparmır. Evlənən insan dəyişməlidir, dəyişmirsə, hələ də subaylığına davam etmək istəyirsə, artıq bu halda ya münaqişəli ailə, travmtik övladlar, ya da boşanma baş verəcək. Bir kişi evli olduğu halda dırnağarasında azad, subay yaşamaq istəyirsə və evliliyinin sorumluluğunu almırsa, o ailənin tənəzzülə getməsi qaçılmazdır. Evli olduğu halda evliliyinin məsuliyyətini, evliliyinə dair olan öhdəliyini dərk etmirsə, bu halda evlilik uzun müddət davam etməyəcək. Bəzən biz analarla söhbət edirik ipə-sapa yatmayan, gecə evinə yığışmayan, maddi gəliri özündən asılı olmayan, yəni cəmiyyətdə özünün tərbiyə edə bilmədiyi övladını evlənər dəyişər deyə başqasının qızıyla evləndirib kimisə bədbəxt edir. Ən aktual məsələlərdən biri də xəyanətin dəb halı olması, bunun hətta kişilər tərəfindən xəyanət hesab olunmamasına görə kişilər bununla ailələrində nifaq salıb boşanmaya gedirlər.

Boşanmaların pandemiyaya çevrilməsinə səbəb isə odur ki, əgər əvvəllər bir qız, bir oğlan küsüb, ayrılıb atasının, anasının, bacısının, qardaşının yanına gedərdisə, o bacı-qardaş onu evinə göndərərdi. İndi acıq edən qıza ər evinə get demək əvəzinə, daha yaxşı şərait yaradırlar. Evliliyinin düzəlməsinin yox, dağılmasının tərəfdarı olurlar. Bu da son dövrün ən aktual problemlərindən biridir".



Geri qayıt