Əsas Səhifə > Şou-biznes > Əfqan uşağı himayəsinə götürmək istədi, tənqid edildi

Əfqan uşağı himayəsinə götürmək istədi, tənqid edildi


18-08-2021, 10:49
Əfqan uşağı himayəsinə götürmək istədi, tənqid edildi
Xalq artisti Naibə Allahverdiyeva Əfqanıstandan olan bir uşağı övladlığa götürmək istəyib.

BiG.AZ xəbər verir ki, bu haqda aktrisa özü məlumat verib. O bildirib ki, bunu necə edəcəyi ilə bağlı məlumatsızdır.

"Çox istərdim əfqan uşaqlardan birini himayəmə götürüm, anası olum. Amma hara müraciət edəcəyimi bilmirəm" deyə, Allahverdiyeva qeyd edib.

Onun bu sözləri isə tənqidlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri ona Azərbaycanda kimsəsiz uşaq evindən uşaq götürməsini yazıblar.

Aktrisa tənqidlərə "Bizim uşaq evində olanlar dövlət himayəsindədir. Onlar isə dövlətsiz, sahibsizdilər. Qəlbində imanı, mərhəməti olan məni başa düşər. Onlardan bir uşağı himayəyə götürmək onun həyatını xilas etmək deməkdir. O uşaqları qul kimi satırlar, öldürürlər" cavabını verib.



Geri qayıt