Əsas Səhifə > Şou-biznes > "Onları yaşatmaq üçün məcbur həyatda qalmalıyıq"
"Onları yaşatmaq üçün məcbur həyatda qalmalıyıq"18-08-2021, 10:30 |
“Pandemiya ilə əlaqədar yollar bağlandı. Gürcüstanda qalası oldu. Mən özüm dedim ki, get əmilərinin, anamın yanında rahat otur. 4 ay yarım, sonra gələnə yaxın da bu hadisə oldu. Qonşu uşağın yanında maşında otur, rayona get, heç nədən oldu, Allahın işidir. Verən də, alan da Allahdır”. Bu sözləri müğənni İbrahim Borçalı oğlu Rəhimin ölümü ilə bağlı “Baku TV”yə danışarkən deyib. İfaçının xanımı isə oğlunun ölüm anlarını belə xatırlayıb: “Bakıda olarkən bilmirdim, rəhmətə getdiyini. Gürcüstana gələnə qədər dedilər komadadır. Gəldik bura və hər şeyi bildim, onda da artıq gec idi. Bir ana üçün dünyada bundan betər faciə yoxdur”. O, həyat yoldaşına Rəhimin öldüyü yeri görmək istədiyini dediyini bildirib: “Xahiş etdim atasından ki, mən istəyirəm görüm oğlumuz son nəfəsini harada tapşırıb. Götürdü məni, getdim. Yerdəki daşlarda sınıq şüşə qırıqlarını yığdım. Yaxınlaşıb qapıya xanımdan xahiş etdim ki, bəlkə son nəfəsini görərdiniz, nəsə demiş olardı. Baxan kimi dedi ki, siz Bakıdan gələn uşağın valideynisiniz? Dedim, bəli. Dedi ki, mələk kimi uşaq idi, yerindəcə keçinmişdi”. O, Rəhimin son mirasına sahib çıxacağını və onun əşyaları ilə təsəlli tapdığını qeyd edib: “Elə bil 21 yaşı yox idi, 50-60 yaşında olan düşüncələri varıydı. Bir mələk idi. Yaradan verdi, özü də götürdü. Övladı ölmüş analar düşünməsin ki, bizim balalarımız ölüb, onlar olub, olacaq, vardılar. Onlar bizi görür, sadəcə biz onları görmürük. Onlar mələkdirlər. Həmişə bizi göydən qoruyacaqlar. Onları yaşatmaq üçün məcbur həyatda qalmalıyıq. Evdə qoyduğu bir yadigarı var, bacısı. Çünki həmişə and içəndə bacısının canına and içirdi. Onun üçün müqəddəs idi. Söz vermişəm ki, nə qədər gücüm var Rəhimin istədiyi kimi bacısı xoşbəxt olsun. Bəzi əşyaları məndə, bəziləri isə bacısındadır. Əşyalar doğmadır, amma övladdan doğma deyil. Sadəcə xatirələr, onun əmanətləridir. Onları görmək çox çətindir, amma birdən elə saniyələr olur ki, bir dəmir belə ümid yerin olur, ona Rəhimin əlin dəyib. Həmişə baxıb qürur duyurduq ki, biz necə övlad yetişdirmişik, torpaq payı imiş yəqin”. Qeyd edək ki, Rəhim ötən il iyulun 18-də Gürcüstanda avtomobil qəzasından vəfat edib. Geri qayıt |