Əsas Səhifə > Şou-biznes > "Mədəniyyət naziri demişdi ki, sentyabrın 1-də teatrlar açılacaq"
"Mədəniyyət naziri demişdi ki, sentyabrın 1-də teatrlar açılacaq"17-08-2021, 11:49 |
“Qubadayam, istirahət edirəm və bir balaca özümə qulluq edirəm, şirin canımla əlləşirəm. Şükür Allaha ki, hər şey yaxşıdır” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Cəfər Namiq Kamal deyib. Aktyor teatrların bağlı qalmasından da danışıb və bunun darıxdırıcı olduğunu bildirib: “Artıq iki ildir ki, teatrlar bağlıdır. Bu isə çox darıxdırıcıdır. Mədəniyyət naziri demişdi ki, sentyabrın 1-də teatrlar açılacaq. Çünki bizim də məzuniyyətimiz başa çatır. Yəqin ki, bir ay məşq olar və sonra da tamaşalar oynanılar. Marketlərə iki yüz nəfər adam girir, toylarda 300-400 nəfər adam olur bəs onda teatrlar niyə də açılmasın? Tamaşaçı da gəlib zalda ara məsafəsi saxlayıb əyləşər. Çünki belə olmur, aktyor da formadan düşür. Adam çox sıxılır, çox pis olmuşam”. Xalq artisti pandemiya dövründə torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə də toxundu: “Allahın köməkliyi ilə torpaqlarımız işğaldan azad edildi. Amma cavan oğlanlarımız şəhid, qazi oldu. Müharibə də belədir. Düşmənlərimiz çoxdur. Ermənilər isə hələ əl çəkməyəcəklər. Ermənilərin qanı tam çıxmayıb deyə hələ çabalayırlar, çox həyasız millətdilər. Gərək qanları tam çıxsın ki, onda düzəlsinlər. Qabaqlar insanların başından qan çıxarırdılar və onda təzyiq aşağı düşürdü və insan ilboyu özünü yaxşı hiss edirdi. İndi ermənilərin də qanını çıxarmaq lazımdır ki, özlərini yaxşı aparsınlar”. Qeyd edək ki, bu gün Xalq artisti Cəfər Namiq Kamalın doğum günüdür. O, 1950-ci ildə Bakıda anadan olub. Geri qayıt |