Əsas Səhifə > Şou-biznes > "Təəssüf ki, xəstəxanaya cüt gəldi, amma tək çıxdı"
"Təəssüf ki, xəstəxanaya cüt gəldi, amma tək çıxdı"12-08-2021, 11:12 |
Xalq artisti Flora Kərimova vaxtilə qalmaqal yaşadığı həmkarı İlhamə Quliyeva haqqında danışıb. Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramında qonaq olan sənətçi mərhum xalq artistinin şəxsi həyatı ilə bağlı sirrləri açıb. Sənətçi İlahmə Quliyevanın övladını tələf etdiyini bildirib: “İlhamə Quliyeva hamilə idi, özü də gizlətmirdi. Paltarını dartırdı ki, halı görünsün. Hər qadın kimi ərə getmək istəyirdi. Onu da bacardı, birinci dəfə Faiq adlı oğlana ərə getdi. Çox yaxşı oğlan idi. Ümumiyyətlə, övladı olmalı idi. Xəstəxanaya getdi. İki aydan sonra mən də Zümrüdümlə oradaydım. Çox şeylər eşitdim. Təəssüf ki, xəstəxanaya cüt gəldi, amma tək çıxdı. Bilərəkdən tələf etdi. Çünki həmin adam söz də verməmişdi”. Xalq artisti İlhamə Quliyevanın qeyri-rəsmi münasibətdən övlad sahibi olmaq istəmədiyinə görə bunu etdiyini deyib: “Hər bir qadın kimi İlhamə ana olmaq istədi. Düşünürəm ki, ünvansız uşaq dünyaya gətirmək istəmədi. Bəlkə də, perespektivsiz münasibətə görə bunu etdi. Nə qədər acıdil, acıqanlı olsa da, qadındır. O da bir ocaq sahibi olmaq istəyirdi. Ancaq qisməti qismət, xasiyyəti isə xasiyyət deyildi”. Həmin görüntüləri təqdim edirik: Geri qayıt |