Əsas Səhifə > Şou-biznes > "Mənə elə gəlir ki, bunu deyənlər o qanıxarablardır"

"Mənə elə gəlir ki, bunu deyənlər o qanıxarablardır"


11-08-2021, 12:29
"Mənə elə gəlir ki, bunu deyənlər o qanıxarablardır"
“Təbii ki, qardaş ölkə Türkiyədə baş verən yanğın hadisələrindən narahat idik. Amma şükür Allaha, indi demək olar ki, getdikcə vəziyyət daha yaxşıya doğru gedir. Əlbəttə, adamın həyətində bur ağacının qolu-budağı qırılanda pis olur. Yəni o boyda meşələrin yanmasına biganə qalmaq olmaz”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Aygün Bayramova deyib:

“Biz dost, qardaş ölkəyik, həmişə onlar bizim, biz onların yanındayıq. Düzdür, kimlərsə buna kölgə salmağa çalışdı. “Azərbaycan əsgərinin bu torpaqda nə işi var” deyən üzdəniraqların da cavabı lazımı səviyyədə verildi. Bizim də, onların da içində belə arzuolunmaz adamlar var. Amma heç kim Azərbaycan-Türkiyə dostluğuna kölgə sala bilməz, bu qəti mümkünsüz şeydir, dostluğumuz əbədidir. Vətən müharibəsində də qardaş Türkiyə Azərbaycanın yanında oldu. Mənə elə gəlir ki, bunu deyənlər o qanıxarablardır”.

Xalq artisti yaradıcılığından da söz açıb və bu aralar ifalarına ara verdiyini bildirib:

“Pandemiya və ardınca da Vətən müharibəsindən sonra efir və zapislərə ara vermişəm. Sözün əsl mənasında bunu sıfır dərəcəyə endirdim. Xüsusən şəhidlərimizə, qazilərimizə görə yaradıcılıq işlərimi arxa plana keçirdim. Şükür Allaha, ordumuzun, şəhidlərimizin sayəsində torpaqlarımızı azad etdik. Bizim şəhidlərimiz heç zaman unudulmayacaq, hər zaman onlar bizim qəlbimizdə yaşayacaqlar”.


Geri qayıt