Əsas Səhifə > Şou-biznes > "Altı nəfər idik, hamını adla xatırlayıram..."
"Altı nəfər idik, hamını adla xatırlayıram..."10-08-2021, 10:10 |
Mstislav Rostropoviçin şəxsiyyət kimi cəlbediciliyi hamını heyrətləndirirdi və hətta onunla bircə dəfə təmasda olanlar da laqeyd qalmırdı. Asanlıqla dostlar qazanar, eyni rahatlıqla da onları hər hansı bir çılğınlığa cəlb edərdi. Məsələn, 1989-cu ildə Berlin divarı uçurulanda dostu olan fransız bankir Antuan Ribunu özü ilə bərabər Almaniyanın paytaxtına uçmağa məcbur etmişdı. Hardansa bir stul tapıb əyləşən musiqiçi totalitar xarabalıqlar fonunda Baxdan bir əsər səsləndirmişdi. Həyatı musiqidən ayırmazdı və itaətkar bir ifaçı deyildi. Təəccüblü deyil ki, "fərqli düşünmək", "fərqli fikir" demək çətin olduğu bir vaxtda Mstislav Leopoldoviç əvvəlcə filarmoniyalarda ifa etmək hüququndan məhrum edildi və 1974-cü ildə ölkədən qovuldu... Moderator.az Rostropoviçin danışdığı çox təsirli bir hekayəni oxucularıyla bölüşür... Əlavə edəcək bir şey yoxdu. Sadəcə ağlamalıdı... "1942-ci ildə atam evakuasiya zamanı öldükdə depressiyaya düşdüm, artıq yaşamaq istəmirdim. Məhz o zaman Kiçik Opera və Balet Teatrının artistləri məni özləriylə qastrol səfərlərinə aparmağa başladılar. Onlar məni xilas etmək istədilər. Qışda, dəhşətli soyuqda, səkkiz nömrəli dövlətə məxsus violonçeli kürəyində daşıyan bir oğlanla Orsk şəhərinə getdilər. Altı nəfər idik, hamını adla xatırlayıram. Solist Olqa Nikolayevna Qolovina, pianoçu İzya Rubanenko, müşayiətçi, tenor, sonradan mənə qəyyumluq edəcək Boris Osipoviç Geft, Kolya Sokolov və Svetlana Şeina - balet cütlüyü, böyüklər, əməkdar artistlər var idi. Və mən. Ümumi vaqona girdik, mənə böyür yataq düşdü, bütün gecəni yol getdiyim üçün yerimə uzandım. Və dərhal vaqonun işıqların söndürdülər, böyüklərin hər biri soyunmağa deyil, əksinə, üstdən nəsə əlavə bir şey geyinməyə başladı. Çünki bizə nazik yorğanlar verilmişdi. Mənim üstdən geyməyə bir şeyimin olmaması bir yana, əynimdəki paltarlar da nimdaş idi. Yorğanımın altında büzüşdüm və qatar tərpəndi. Heç cür isinə bilmirdim, vaqon isə getdikcə daha da soyuyurdu. Gecə, qaranlıq, cəhənnəmin bir dairəsində olduğu kimi, ölən ata arxada, bilinməyən qabaqdadır, heç kimə lazımsız biri kimi harasa gedirəm. Yadımdadı, fikirləşirdim ki, bu gecə yuxuda ölsəm, necə də yaxşı olar... Və daha soyuğa müqavimət göstərmədim. Tam qaranlıqda oyandım, çünki mənə çox istiydi. Nədənsə yorğanım qalın və ağır idi. Qaranlıqda barmaqlarımla onu yoxladım və üstümdə ümumilikdə altı yorğan olduğunu saydım. Yol yoldaşlarım bir-birindən xəbərsiz öz yorğanını mənim üstümə atmışdı. Sonralar məni vətəndaşlıqdan məhrum edəndə məndən qəzəb tələb edən dostlarıma dedim: mən hələ o yorğanların pulunu ödəməmişəm. Və bəlkə də heç vaxt ödəyə bilməyəcəyəm. Məni hər gün isidən bu beş sənətçi, atam və başqa bir çoxlarıdır – bax, budur mənim ölkəm və mən ona hələ də borcluyam”. Geri qayıt |