Əsas Səhifə > Şou-biznes > "Pandemiya oldu-olmadı mən onsuz da toy sahiblərinə böyük endirimlər edirəm"
"Pandemiya oldu-olmadı mən onsuz da toy sahiblərinə böyük endirimlər edirəm"4-08-2021, 08:47 |
“Allaha şükürlər olsun ki, bir-birinin ardınca xınayaxdı məclislərini yola veririk. Çalışırıq ki, hamının cibinə, büdcəsinə uyğun edək hər şeyi. Pandemiya oldu-olmadı mən onsuz da toy sahiblərinə böyük endirimlər edirəm. Təki hamının qapısında xoş günlər olsun”. Bunu Moderator.az-a açıqlamasında müğənni Xuraman Şuşalı deyib. O daha sonra toy boyu valideynlərin stressli olmasından danışıb. “Dünən bir xına mərasimində idim, valideyni o qədər stresli gördüm ki. Məclis boyu bilinirdi ki, stress içindədir, narahat idi. Özümə də çox pis təsir etdi, ev yiyəsi stresdə olanda biz də rahat olmuruq. Auramız mənfiyə doğru dəyişir. Mən onu təkcə toyun axırında gülən gördüm. Toyun haqq-hesabını həll edəndən sonra gülə-gülə gəlib məni qucaqladı, təşəkkür etdi. Belə başa düşdüm ki, onun stressli olmağına səbəb məclisdən necə çıxacağı idi. Yəqin fikirləşirdi ki, restorana görəsən borcunu tam ödəyə biləcəkmi? Çünki bəzi restoranlarda qiymətlər, menyular çox bahadır. Düzdü, ucuz olan restoranlar da var. İnsanlar qorxur ki, restoranlar bağlanar, toyları qalar, restoranlar da bundan istifadə edib menyunun qiymətini qaldırırlar. Elə adam var ki, 2-3 ildir nişanlıdır, əlbəttə ki, toy etməyə məcburdur” - deyə müğənni bildirib. “Xınanı kim yaxmalıdır” sualına isə müğənni belə cavab verib. “Hədislərdə deyilir ki, xına bizə xanım Fatiməyi Zəhradan qalan əmanətdir. Xınanı o kəsin əlinə yaxarlar ki, ailəsinə, nəslinə, getdiyi ocağa şərəf, ləyaqət gətirsin. Xına şərəfli qızların, oğlanların əlinə, şəhidlərin başına yaxılar. Xına olan məclisə xanım Fatimeyi Zəhra nəzər edər. Bunlar dədə-babalardan bizə gələn hədislər, deyimlərdir. Bu gün xına məclislərimiz çox müasirləşib. Bəzi aparıcılarımız çaxır, viski içib xına yaxırlar. Bunu başqa məclislərdə etsələr daha yaxşı olardı. Xına məclislərini klublarla, barlarla səhv salmasınlar. Belə hallar qətiyyən yolverilməzdir. Xınanın müqəddəsliyi qorunmalıdır, xına olan məclisdə içki içilməməlidir, haram olmamalıdır. Belə də deyirlər ki, xınanı bəxtəvər, oğullu-qızlı, ailəli adam yaxmalıdır. Mən kiməm ki, kiməsə nəsə deyim? Heç vaxt heç kimə bir söz demərəm. Bu deyimlərə inananların bir çoxu məni elə buna görə xınaya çağırır. Deyirlər ki, Xuraman xanım qoymayın da başqası gəlib xına yaxsın, siz özünüz yaxın. Mən bunu deməklə qürurlanmıram, Allah axırımızı xeyir etsin” - deyə Xuraman Şuşalı bildirib. Xuraman Şuşalı yay istirahətindən də danışıb. “Bu yay da istirahətimi ailəmlə, övladlarımla birgə keçirirəm. Arada işin əlindən qaçıb dincəlirik, yenidən qayıdırıq Bakıya. Xaricə getməyə nə vaxtım var, nə də ki, ona yetəcək qədər pulum. Elə Azərbaycanda dincələyəcəm, ayağımı yorğanıma görə uzadıram hər zaman. Borca-xərcə düşüb istirahət etmərəm. Özümüzə xeyir vermək lazımdır, pulu elə vətəndə xərcləmək lazımdır” - deyə müğənni bildirib. Geri qayıt |