Əsas Səhifə > Şou-biznes > "Pensiyamı kəsdilər, təkrar müayinə üçün 800 manat pulum çıxdı, amma heç bir nəticə olmadı"
"Pensiyamı kəsdilər, təkrar müayinə üçün 800 manat pulum çıxdı, amma heç bir nəticə olmadı"29-07-2021, 16:49 |
“Heç bir işlə məşğul olmuram, bircə pensiya alırdım, onu da kəsdilər. Aldığım isə indi Əməkdar artist adına görə yüz manat təqaüddür. Müğənnilik də qaldı arxa planda” Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Elza Qaybalıyeva deyib. Müğənni növbəti dəfə xəstəxanada müalicə olmaq üçün maddi imkanının olmadığını bildirib: “Heç bir işlə məşğul olmuram, bircə pensiya alırdım, onu da kəsdilər. Aldığım isə indi Əməkdar artist adına görə yüz manat təqaüddür. Müğənnilik də qaldı arxa planda. İkinci qrup idim və müayinə olunmaq üçün xəstənaya göndərildim, bir müddət xəstəxanada yatdım. Səkkiz yüz manat pulum çıxdı, amma heç bir nəticə olmadı. Məsələylə bağlı Səhiyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub yazdım, amma bir xeyri olmadı. İndi növbəti dəfə xəstəxanada yatmaq üçün maddi imkanım yoxdu. Xəstəxana da elə yerdi ki, hamı pul tələb edir. Ona görə bir müddətdir ki, çox pis vəziyyətdəyəm. Səhhətimdə də problemlərim var”. Geri qayıt |