Əsas Səhifə > Şou-biznes > "Doğmayın, lazım deyil, dünyaya gətirməyin"
"Doğmayın, lazım deyil, dünyaya gətirməyin"29-07-2021, 08:53 |
“Övlad və ana mənim üçün çox dərin mövzudur. Mən bacardığım qədər çalışıram ki, övladlarıma yaxşı ana olum. Yaxşı ana olmaq da nümunəvi ana olmaq deməkdir. Yaxşı ana o deyil ki, uşaq ağlayanda telefonu əlinə verib başını qatasan, yaxud nə istəyirsə onu alasan ki, sakitləşsin. Analıq uşağı 9 ay qarnında daşıyıb, dünyaya gətirmək də deyil. Analıq müqəddəsdir, boşuna deməyiblər ki, cənnət anaların ayaqları altındadır. Əsl anaların ayaqları altındadır. Analıq ən çətin peşə, sənətdir. Mən anamı çox sevmişəm, yaxşı övlad olmağa çalışmışam” Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Sevda Sanaliyeva deyib. O daha sonra əlavə edib. “Bəzi analara baxıram məəttəl qalıram, çox təəccüb və təəssüf içində oluram, tüklərim biz-biz durur. Öz-özümə fikirləşirəm ki, bizim axırımız hara gedir? Uşaqların hansına baxırsan, əllərində telefonla gəzirlər, nədir ki, ana özü üçün rahatlıq tapsın. Baxırsan ki, özlərinə uyğun olmayan oyunlar oynayırlar, sosial şəbəkələrə girirlər. Mən o qədər buna qarşıyam ki! Allaha dua edirəm ki, sosial şəbəkələrin hamısı ləğv olunsun. Çünki bu tək oğlanlarımıza yox, elə qızlarımıza da, kişilərə də ziyandır. Qonaq gedib, qonaq qəbul edirsən, görürsən ki, yemək yeyənə qədər hamı danışır, yeyib qurtarandan sonra susqunluq yaranır. Hərənin əlində bir telefon, başları qarışır. Balanın anadan, ananın baladan xəbəri olmur. Sən balana nə versən, balan da səndən onu götürəcək. Balamın yanında yemək bişirirəm, görürəm ki, öyrənir, kosmetika çəkirəm, görürəm ki, istəyir. Bəzən görürsən ki, övladı dünyaya gətirib, zibilliyə atırlar. Belə analara ar olsun! Doğmayın, lazım deyil, dünyaya gətirməyin. “Mən də dünyaya uşaq gətirə bilirəm” demək üçün dünyaya uşaq gətirməyin. Ana olana qədər hər zaman planlaşdırırdım ki, dünyaya gətirəcəyim uşağın gələcəyini qurum, sonra dünyaya gətirim. Çünki mən çətinliklə böyümüşəm, istəmirəm ki, mənim övladlarım da belə böyüsün. Ona görə çalışıram-vuruşuram, gecəmi-gündüzə qatıb onlar üçün işləyirəm. Mənim uşaqlarımdan ibarət bir dünyam var, onlar var-dövlətdir, xəzinədir, qır-qızıldır. Mənim üçün onlardır hər şey! Əylənməyimin, gülməyimin, həyatı sevməyimin də səbəbi də onlardır. Ana olmağa hazırlaşan qızlarımıza deyirəm ki, “mən də ana oldum” demək üçün dünyaya uşaq gətirib bədbəxt etməyin” deyə o bildirib. Sevda Sanaliyeva daha sonra toy bazarından danışıb. “Allah məni və hər kəsi öz nəfsindən qorusun. Çünki insanların evini yıxan öz nəfsləridir. Başqa bir şey deyil! Toylarım da pis-yaxşı var, düzdür, əvvəlki kimi olmasa da min şükür! Azdan-çoxdan sabahımı düşünmüşəm. Toy olsa da, olmasa da şükürlər olsun ki, dolanışığım normaldır, pis deyil. Amma təbii ki, işləyirəm, qazanıram. Sadəcə olaraq yenə də içimizdə qorxu var ki, birdən yenə qapanma olar, toyları ləğv edərlər. Uzun müddətdir ki, işləmirik, işlər yeni açılıb deyə insan istəyir ki, böyük həvəslə işləsin” deyə müğənni bildirib. Geri qayıt |