Əsas Səhifə > Şou-biznes > “Şeyx əlli ildir siyasətin içində formalaşmış insandı, gözəl gediş edir...”

“Şeyx əlli ildir siyasətin içində formalaşmış insandı, gözəl gediş edir...”


26-07-2021, 15:26
“Şeyx əlli ildir siyasətin içində formalaşmış insandı, gözəl gediş edir...”
Xəbər verdiyimiz kimi Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin “Xameneinin fətvası qələbəmizin carçısı idi” açıqlaması bir neçə gündür ki, cəmiyyətdə müzakirələrə səbəb olub.

Moderator.az-ın redaksiyası ilə əlaqə saxlayan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu məsələyə münasibət bildirib və Şeyx həzrətlərini müdafiə edib:

“Şeyx həzrətləri kimi bir adamın belə bir bəyanat verməsi mümkün deyil ki, yuxarı səviyyələrdə razılaşdırılmasın. Bu gün çox təəssüflər olsun ki, dünyanı siyasi gedişlər, böyük siyasətçilər idarə edir. Azərbaycanda özünə iş tapmayan, uğursuz partiya adamları, siyasətçilər fəaliyyət göstərirlər. Bütün o siyasət eşqinə düşən dırnaqarası siyasətçilərimizə, politoloqlarımıza üz tuturam imkan versinlər ki, böyük dövlətlərlə böyük savaşları biz silahla yox, ağılla, siyasətlə aparaq. Bu gün dünyanın siyasiləşdiyi bir vaxtda Şeyx həzrətləri gözəl bir gediş edirsə, təcavüzkar İran millətçilərinin qarşısını alırsa, onlara xəbərdarlıq edirsə, Azərbaycanın inkişafını onlara çatdırırsa, gəlin buna mane olmayaq. Hər kəs mağar psixologiyasından çıxış edib, dırnaqarası qəhrəmanlıq etmək istəyir. İndi böyük siysət oyunu gedir və dünya da buna gedir. Azərbaycan bu istiqamətdə uğurlu bir iş başladığı üçün onun din xadimlərini də, ziyalıları da, elm, sənət, mədəniyyət adamları da müasir sivil sənət oyunlarını öyrənməlidirlər. Əgər öyrənmirlərsə, zəhmət çəkib öyrənsinlər. Amma dövlət adamlarının, nüfuzlu insanlarımızın xalqımızın xeyrinə olan çıxışları bu cür eybəcər şəkildə təhrif edib düşmənçilik, qarşıdurma yaratmasınlar. Şeyx əlli ildir siyasətin içində formalaşmış bir adamdı, Prezidentə yaxın, arxa dayaq olan insandı və onun dediyi İran kimi bir qonşu dövlətə çox gözəl mesajdı. Yəni Allaha, dinə, İslama çağırışdı. Bu mənada gəlin qarşıdurma yaradıb, içimizdən düşmən obrazı yaratmayağın”.



Geri qayıt