Əsas Səhifə > Şou-biznes > Əjdər Zeynalov Mədəniyyət Nazirinə müraciət edib
Əjdər Zeynalov Mədəniyyət Nazirinə müraciət edib24-07-2021, 13:04 |
“2017-ci ildən bu günə qədər hələ də qeyri-qanuni yolla çıxarıldığım İrəvan Dövlət Azərbaycan Dram teatrına işə bərpa olunmamışam. Artıq 3 il 7 ay olacaq ki, işsizəm. Bürokrativ idarəetmə üslubunun qurbanı olmuşam. Nəinki ətrafımız, bütün incəsənət aləmi, hətta nazirliyin özündə də bilirlər ki, İftixar Piriyev məni qeyri-qanuni, şər böhtanla teatrdan çıxarıb. Heç bir səbəb də olmadan! Deyir ki, kimin ixtiyarı çatırsa mənə bir söz desin!” Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Əjdər Zeynalov deyib. O daha sonra bu məsələnin hüquq çərçivəsində həllinə çalışdığını bildirib. “O vaxt verdim məhkəməyə, Binəqədi rayonunda işimizə baxdılar. Mənə deyirdilər ki, onun tanışları çoxdur, uduzacaqsan. Bir qadın idi hakim, mənim haqlı olduğum haqda qərar çıxardı. Təbii ki, həmin vaxtı qərarda yazılmışdı ki, işə bərpa olunum və işləmədiyim günlərin maaşı ödənilsin. Direktor qərarla razılaşmadı və apellyasiya məhkəməsinə üz tutdu. Apellyasiya məhkəməsində də qalib gəldim. Bu qərarla da barışmadı. Ona görə də apellyasiya məhkəməsinin ikinci prossei baş tutdu və o hansısa yollarla qalib gəldi. Təbii ki, mən hakimin bu qərarı ilə razılaşmayıb, etirazımı bildirdim. Baxmayaraq ki, hakim birinci prossesdə mənim xeyrimə danışırdı” deyə o bildirib. Əjdər Zeynalov sonda Mədəniyyət Nazirimiz Anar Kərimova müraciət edib. “Yeni nazirimiz Anar Kərimova mənim ümidlərim çoxdur. Eşitdiyimə görə yaxşı insan, peşəkar mütəxəsisdir, avropa təhsili görüb. Bir az tələbkarlığı, qətiliyi olsa daha da yaxşı olar. Mən inanıram ki, o yaxın vaxtlarda islahatlara da başlayacaq. Haqsızlıqa göz yummaz inşallah. Sözün düzü iki dəfə qəbuluna düşmək üçün müraciət etmişəm, hələ də bir xəbər yoxdur. Sizin vasitənizlə ona müraciət edirəm və xahiş edirəm ki, məni qəbul edib, problemimi dinləsin. Əslində məni işə bərpa edəcəkdilər, sadəcə pandemiya vaxtına düşdü. Pandemiyada da teatrlar işləmir, bu dönəmdə aktyoru işə götürüb, işdən azad etmək bildiyim qədərilə mümkün deyil. Həmin vaxtı nazirlik məni Akademik Musiqili Teatrına da işə qəbul üçün göndərmişdi. Teatrın direktoru Əliqismət Lalayevlə görüşdüm. Əliqismət müəllim məni çox yaxşı qarşıladı. Səsimin olub-olmadığını soruşdu. Dedim ki, mənim teatr aktyoru kimi səsim var, müğənni kimi yox. O dedi ki, mən səni teatra heç bir problemsiz götürə bilərəm, amma dirijor rəy verməlidir. Nəysə, alınmadı, təşəkkür edib çıxdım. Ailəliyəm, ailəmi, övladlarımı dolandırmalıyam. Maaş almadığıma görə bu mənim üçün bütün bunlar çətindir. Bütün günü film və seriallarda da çəkilmirəm ki, deyim maddiyatım yüksəkdir” deyə aktyor bildirib. Geri qayıt |