Əsas Səhifə > Şou-biznes > "Allah eləsin qapanma olmasın, insanlarımız qaydalara riayət etsinlər"
"Allah eləsin qapanma olmasın, insanlarımız qaydalara riayət etsinlər"23-07-2021, 16:21 |
“İndiki toylarla əlbəttə çox çətindi, valideynlər toylara saldığı pulları yığa bilmir. Ümumiyyətlə, toysuz çox çətindi. İndi əgər yenə qapanma olacaqsa, bu, insanların bir daha mədəni hüququnun pozulması deməkdir” Bunu Moderator.az-a açıqlamasında məşhur gitara ifaçısı Rəhman Məmmədli deyib. Gitara ifaçısı deyib ki, insanlar elə bilir ki, toylardan ancaq biz musiqiçilər qazanırıq: “Toylarımızda insanları seyrək görmüşəm. Rayonda toyda olanda müəyyən qədər insanları görmüşəm. Təbii ki, şadlıq saraylarında toyların keçirilməsi yaxşıdır. Çünki açıq havada bunu etmək mümkün deyil, havalar çox istidir. Hər restoranın da axı açıq zalı yoxdur. Axşam saat səkkizdən sonra gün batır və toylarımız da saat 6-da başlayır. İnsanlar artıq şadlıq evlərinə öyrəşiblər, vərdiş ediblər. İndiki toylarla əlbəttə çox çətindi, valideynlər toylara saldığı pulları yığa bilmir. Ümumiyyətlə, toysuz çox çətindi. İndi əgər yenə qapanma olacaqsa, bu, insanların bir daha mədəni hüququnun pozulması deməkdir. Allah eləsin qapanma olmasın, insanlarımız qaydalara riayət etsinlər. Deyilən qaydalara əməl etmək hər birimizin borcudur ki, nə qapanma olsun, nə də toylarımızın arası kəsilsin. Düzdür, qarşıdan məhərrəmlik ayı gəlir və elə nə dəyirsə, musiqiçiyə dəyir. Bəzən insanlar düz başa düşmür, elə bilir ki, toylardan ancaq musiqiçilər qazanır. Əsla elə deyil. Burda qızıl, tərəvəz, heyvan satanından tutmuş, ofisiantına kimi pul qazanır. Bəzən 10-15 nəfər baha qiymətə toya gedən müğənnilərlə bütün musiqiçiləri bir tuturlar. Həmişə deyirəm ki, o müğənnillərlə günəmuzd işləyən musiqiçilərlə dəyişik salmaq olmaz”. Geri qayıt |