Əsas Səhifə > Şou-biznes > "Elə 2 ildir istirahət edirik də, evdə oturmuşduq"

"Elə 2 ildir istirahət edirik də, evdə oturmuşduq"


23-07-2021, 09:05
"Elə 2 ildir istirahət edirik də, evdə oturmuşduq"
Əməkdar artist Könül Kərimova Moderator.az-ın suallarını cavablandırıb.

- Könül xanım, necəsiz? İşləyirsiz, yoxsa istirahət edirsiniz?

- Sözün düzü, mən əvvəl Yessentukidə sağlamlığımla məşğul oldum, sonra isə Bodrumda istirahətimi edib gəldim. Vətənə qayıdanda isə şükürlər olsun ki, toylar başladı. İndi həm toylara gedirəm, həm də yaradıcılıqla məşğul oluram, vaxt olanda da istirahət edirəm. İşin içində iş görə bilirəm, bu həm də həvəsdən asılıdır. Elə 2 ildir istirahət edirik də, evdə oturmuşduq. Klip çəkilişi də sənətçinin yaradıcılığının bir hissəsidir. Bu günlərdə yeni klip çəkdirirəm.

- Klip çəkilişi sizin üçün yorucu bir prossesdir yoxsa, xoş?

- Baxır klipi hansı rejissor çəkir? Bu rejissordan asılıdır. Hər rejissorun özünəməxsus çəkiliş qayda-qanunu var. Uzun illərdən sonra mən yalnız gənc rejissorların işinə üstünlük verirəm. Bu baxımdan rejissor Xəyal Hüseynin çəkdiyi kliplərimi bəyənirəm. Onunla çəkiliş prossesində zövq alıram, çox rahat oluram. Mən yorulmadan hər ay Xəyala klip çəkdirə bilərəm. Təbii ki, imkan daxilində. Çalışacağam ki, yeni oxuduğum mahnıların hamısını klip şəkilində təqdim edim. Ümumiyyətlə əksər hallarda klip çəkdirdiyim rejissorlarım mənə əziyyət verməyib, çox rahat olub hər şey. Cabbar Musayevlə işbirliyinə başlayanda ilk klipim “Bir aləm var” olub. Mən özüm rejissor Arif Qazıyevə müraciət edib, bu mahnının klipini çəkməyini xahiş etmişdim. O mənim 4 klipimi çəkmişdi. Daha sonra Gülər Həsənli ilə çalışdım.

- İnsanların hansı münasibəti sizi sıxır?

- Məni bezdirən, yoran insanların çirkin düşünməsidir. Dəhşətli dərəcədə insanlar yalnış düşünür. Məsələn, bir hörmət etdiyin insan, bilirsən ki, ona qarşı hansı mövqedəsən, saf, səmimi, dürüstsən. İnsan qəfil çönüb, səni özünə düşmən hesab edir. O qədər yoruluram son vaxtlar belə münasibətdən. Artıq taqətim yoxdur nəyisə onlara izah edim. Elə həmin anda da o insanın üstündən xətt çəkirəm. Ancaq əziyyət də çəkirəm. Bu yaxınlarda çox istədiyim bir xanım, bəlkə də övladım qədər gözəl münasibət bəslədiyim bir xanım var idi. Hətta içimdən keçmişdi ki, bu xanıma kömək edim, çünki istedadını hiss etmişdim. Nələr düşünürdüm o xanım haqda, nələr oldu? Oxuduğu bir mahnının klipini də beynimdə çəkmişdim. Siz inanın ki, o xanımdan özümə qarşı elə bir səhv addım gördüm ki. Sadəcə bir tədbir var idi, xahiş etdim ki, bu yerə bir az gözəl geyim hazırlayarsan. Geyiminə irad bildirdim ki, düzgün deyil, yaxşı geyinmirsən. O xanım mənə elə bir sərt cavablar verdi ki. Mən sadəcə susdum, demək olar ki, dondum. Bir kəlmə daha heç nə deyə bilmədim, tutulub qaldım, 3 gün özümə gəlmədim. Bəlkə də dostlarım olmasaydı əməlli-başlı depressiya yaşayardım. Bu qədərmi insanlar çaşıb? Bu cür münasibətlərdən tez-tez küsürəm.10 il bundan öncə tez küsüb, tez barışıb həm də bağışlayırdım. Amma indi bağışlaya bilmirəm, çox sınıram. Bir az da küskünləşirəm.

- Sizin həm də bir nəvəniz var. Ona vaxt ayıra bilirsiniz?

- Hə, əlbəttə! Mən onunla nəfəs alıram. Nəvəm Ağcabədidə yaşayır, sonuncu dəfə Qurban bayramında yanına getmişəm.

- Nənə olandan sonra nəyi bir daha yenidən anladınız?

- Nənə olanda bir az da qayğılar artır. Hamısı övladdır. Bir oğlum, bir qızım var idi, sonra üç nəfər oldular. Biri də gələndə olacaq dörd. Ümumilikdə sevgi, qayğı, məsuliyyət artır. Lorг dildə desək, yüküm bir az da ağırlaşır (gülür).

- Oğlunuz da bəzən oxuyur, ona dəstək olursunuz?

- Xeyr, oğluma sənətdə o qədər də çox dəstək olmuram, o bunu heç xoşlamır da. Artıq öz istəyinə buraxmışam. O gün deyir ki, yeni mahnı yazdırıram. Sadəcə olaraq mahnı hazır olanda mənə bir dəfə qulaq asdırır, mən də öz fikrimi deyirəm, irad və təriflərimi bildirirəm. Oğlum müğənnilik sənəti ilə xobbi kimi məşğul olur.

- Oğlunuzu evləndirmək istəmirsiz?

- İnşallah, görək də. Hələ ağır günlərdən yeni çıxmışıq. Amma düşünürük, ikimiz də ortaq məxrəcə gələn kimi inşallah onu evləndirəcəyəm. Ən əsası onun da razılığı olmalıdır. Özü demiş 50-50- yə. Ana-bala aramızda razılaşan kimi toy tədarükümüzü də görəcəyik.


Geri qayıt