Əsas Səhifə > Şou-biznes > "Bizi həyatda formalaşdıran həmin o seçimlərimizdir"

"Bizi həyatda formalaşdıran həmin o seçimlərimizdir"


23-07-2021, 09:00
"Bizi həyatda formalaşdıran həmin o seçimlərimizdir"
“Bu ssenarinin yaşı bir az çoxdur. Yəni 10 ilə yaxındır. Mənim Fərid adlı bir dostum var idi. İdeyanı əslində o vermişdi mənə. Mən də beynimin bir küncünə atmışdım. 2015-ci il idi deyəsən, o rəhmətə getdi Əfqanıstanda. Qərar verdim ki, o ssenarini yazım”

Bunu Moderator.az-a açıqlamasında tanınmış kinorejissor Elçin Musaoğlu çəkib bitirdiyi “Məryəm” filmi haqda danışarkən bildirib.

“Film təxminən 2 ay müddətində lentə alınıb. Əsasən Şəki, Zaqatala, Qax və Balakəndə çəkilib. Hər bir insanın həyatda seçimi var. Bizi həyatda formalaşdıran həmin o seçimlərimizdir. Yəni düşün ki, svetafordan sola gedə bilərsən, sağa gedə bilərsən. O seçim də bizi formalaşdırır. Bu bizim kim olduğumuzu göstərir. Həmişə mənim üçün esktremal situasiyada qəhrəmanın seçimi maraqlı olub. Bu mənim üçün çox vacibdir, önəmlidir. Bizim film də seçim haqqındadır” deyə o bildirib.

Filmdə əməkdar artist Ayşad Məmmədov, Təhminə Rafaella və s. çəkilib.

“Ssenarini oxuyan kimi çox xoşuma gəldi, fantaziyam işləməyə başladı. Mənim üçün ən maraqlı cəhətlərdən biri də odur ki, film boyu mənim 1 kəlmə sözüm yoxdur. Psixoloji situasiyanı, o anları yaşamalı idim. Ona görə də bu həm çətin, həm də məsuliyyətli bir rol idi” deyə Ayşad Məmmədov bildirib.

Filmdə həmçinin aktrisa Təhminə Rafaella da çəkilib.

“Mən ekran işində Məryəm obrazını canlandırmışam. Filmin ata ilə qızı arasında yaşanan qarşılıqsız sevgi hekayəsi olması ən çox sevdiyim tərəfi idi. Olduqca poetik hekayədir. Düşünürəm ki, rejissor Elçin bəy bu filmdə qarşılıqsız yaşanan sevgini, hansı ki, qızın özünü atasına qurban etməyini özünəməxsus üslubda ifa edir. Məncə bu çox gözəldir, çünki filmlərdə nadir rastlaşdığımız bir haldır. Düşünürəm ki, çox gözəl film olacaq” deyə aktrisa bildirib.


Geri qayıt