Əsas Səhifə > Şou-biznes > "Küçədə namusunuzu əriniz, sevgiliniz çəksin, amma efirdə ədəbli geyinin"

"Küçədə namusunuzu əriniz, sevgiliniz çəksin, amma efirdə ədəbli geyinin"


20-07-2021, 12:11
 "Küçədə namusunuzu əriniz, sevgiliniz çəksin, amma efirdə ədəbli geyinin"
“Bir söz var e, küçəyə çıxanda özünüz bilərsiz, namus-qeyrətinizi əriniz, sevgiliniz çəksin, amma efirə çıxanda ədəbli geyinin”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmş aparıcı Fira Cəlilova açıq-saçıq geyimdə efirə çıxan həmkarlarından danışarkən deyib.

Fira həmçinin, aparıcılarla bağlı sərt fikirlər səsləndirib:

“Soyunmağı, lütlənməyi, qarnıaçıq efirə çıxmağı rişxənd kimi qəbul edirəm. Qətiyyətlə bunun əleyhinəyəm.

Bizim yaş qrupuna daxil olan aparıcılar deyil, daha çox gənc yaşda olanlar efirə açıq geyinir. Onlara da aparıcı demək olmaz. Aparıcı praktikası keçənlər soyunaraq, lütlənərək, orasını-burasını açaraq izləyici cəlb etmək istəyirlər. Çünki bəzi aparıcıların bilik səviyyəsi o dərəcədə yüksək deyil ki, izləyici buna görə onları sevsin. Ona görə də məcburdurlar bu vasitədən istifadə edərək, xususilə gəncləri cəlb etsinlər. Onsuz da orta və yaşlı təbəqə onları qəbul etmir.

Özümüz barədə bir növ çöldəqalmış obrazı yaratmış oluruq.

Gənc aparıcılardan çox xahiş edirəm, özlərinə güvənirlərsə soyunmasınlar. Axı səni ağbirçək də, uşaq – ictimaiyyət izləyir. Mütləqdir ki, göbəyini-başını açasan, qulağını 70 yerdən deşəsən, burnuna nəsə vurasan? Təəssüf edirəm ki, belə aparıcılar var. Televiziya rəhbərlərindən xahiş edirəm ki, aparıcıları efirə çıxaranda onların xarici görünüşünə diqqət etsinlər. Özünə hörmət edən televiziya rəhbəri istəməz ki, hətta əyləncəli verilişdə belə aparıcısı bu tərzdə efirə çıxsın. Çünki televiziya ictimai rəyin formalaşmasında böyük rol oynayır”.

Fira onlara səslənib:

“Bəziləri deyəcək, özünün xarici görünüşü imkan vermir elə geyinməyə, ona görə belə deyir. Xeyr, söhbət paxıllıqdan getmir, xarici görünüşüm hər cür geyinməyə imkan verir.

Bəzən elə tərzdə geyinənləri efirdə görəndə bəlkə anam, nənəm baxır deyərək, utanıram. Bir söz var e, küçəyə çıxanda özünüz bilərsiz, namus-qeyrətinizi əriniz, sevgiliniz çəksin, amma efirdə ədəbli geyinin”.


Geri qayıt