Əsas Səhifə > Şou-biznes > “Bir müğənni beş adamla duet oxuyursa, onda belə çıxır ki, hamısıyla sevgilidir?”

“Bir müğənni beş adamla duet oxuyursa, onda belə çıxır ki, hamısıyla sevgilidir?”


19-07-2021, 15:56
“Bir müğənni beş adamla duet oxuyursa, onda belə çıxır ki, hamısıyla sevgilidir?”
Xəbər verdiyimiz kimi bir neçə gündür ki, Əməkdar artist Cavanşir Məmmədovla müğənni Mənzurə Musayeva arasında baş verən mübahisə müzakirələrə səbəb olub. Bildirilirdi ki, guya Mənzurə xanım duet ortaqlarının bir-biriləriylə sevgili olduğunu bildirib. Həmçinin müğənni Səyyad Əlizadə və Mətanət İsgəndərlinin də sevgili olduqlarını deməsiylə bağlı mətbuatda yazılar işıqlandırılmışdı.

Moderator.az-ın əməkdaşı müğənni Mənzurə Musayeva ilə əlaqə saxlamaq istəyib. Telefon dəstəyinə müğənninin köməkçisi Şaiq Şirinov cavab verib və toy şənliklərinə görə Mənzurə xanımın başının qarışıq olduğunu bildirib. Ş.Şirinov elə bütün bu məsələlərə aydınlıq gətirib:

“İnsanların şəxsi həyatını niyə bunlar işıqlandırırlar ki? Səyyadla Mənzurə xanım 14 il bir yerdə işləyiblər. Mənzurə xanımın Səyyadla, Zakirlə, Aqşinlə duetləri var. Mənzurə xanım o vaxt oxuyanları yox, indi duet ortaqları olan gənclərin sevgili olduqlarını bildirib. Mənzurə xanımla 19 ildi bir yerdə işləyirəm. Bir müğənni beş adamla duet oxuyursa, onda belə çıxır ki, hamısıyla sevgilidir? Bunu yazan nə demək istəyir? Sadəcə istəmirəm onu yazana belə ağır cavab verəm. Mənzurə xanıma dəfələrlə deyirəm ki, belə səviyyəsiz adamların verilişlərinə getmə. Cavanşir müəllim Mənzurə xanıma zəng vurdu və danışdılar. Mənzurə xanım dedi ki, mən elə söz deməmişəm, dediklərimi təhrif ediblər. Dünən də Səyyad müəllimlə bir yerdə məclisdəyik”.


Geri qayıt