Əsas Səhifə > Şou-biznes > “Ölkə başçısı ermənilərə başa saldı ki, onların qatarı çoxdan gedib...”

“Ölkə başçısı ermənilərə başa saldı ki, onların qatarı çoxdan gedib...”


19-07-2021, 12:06
“Ölkə başçısı ermənilərə başa saldı ki, onların qatarı çoxdan gedib...”
“Mən musiqiylə bərabər, ordumuzun qələbələrinin, işğaldan azad edilən torpaqlarımızın bir əsgərinə çevrilmişəm. Dörd-beş erməni düşüb ortaya aranı qarışdırmaq, təxribat törətmək istəyir, amma heç bir şeyə nail ola bilməyəcəklər”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ramiz Quliyev deyib. Tarzən bu gün təxribata can atan düşmənin heç bir şeyə nail ola bilməyəcəyini deyib:

“Mən musiqiylə bərabər, ordumuzun qələbələrinin, işğaldan azad edilən torpaqlarımızın bir əsgərinə çevrilmişəm. Dörd-beş erməni düşüb ortaya aranı qarışdırmaq, təxribat törətmək istəyir, amma heç bir şeyə nail ola bilməyəcəklər. İstədiyimizi isə biz etdik. Ali Baş Komandanımız, müzəffər ordumuz və xalqımız bir olub torpaqlarımızı işğaldan azad etdi. Çünki o yerlər bizim öz evimiz, öz torpağımız idi. Bizim heç kimin ərazisində gözümüz olmayıb. Ölkə başçısı ermənilərə başa saldı ki, onların qatarı çoxdan gedib. Ona görə ermənilər özlərinə gələ bilmirlər. Hələ də elə bilirlər ki, yuxudadırlar və ona görə də sayaqlayırlar. Biz öz torpağımızı öz ordumuzla işğaldan azad etmişik. Yer kürəsində nə qədər millət varsa, inanın ki, onların içində ən gözəl millət Azərbaycan xalqıdır. Allah xalqımızı, ordumuzu qorusun”.

Xalq artisti həmçinin Qurban bayramı münasibətilə xalqımızı təbrik edib:

“Mən sizin sayt vasitəsilə xalqımızın Qurban bayramını təbrik edirəm. Ölkəmizə sülh, əmin-amanlıq, xalqımıza firavan həyat arzu edirəm. İnşallah, bundan sonrakı qurbanlarımız Qarabağımızda, Şuşamızda kəsiləcək. Bundan gözəl gün ola bilməz”.


Geri qayıt