Əsas Səhifə > Şou-biznes > "Bu virus mütləq şəkildə bir yerə öz fəsadını, təsirini göstərir"

"Bu virus mütləq şəkildə bir yerə öz fəsadını, təsirini göstərir"


14-07-2021, 09:19
"Bu virus mütləq şəkildə bir yerə öz fəsadını, təsirini göstərir"
“İyulun 2-dən Azərbaycana qayıtmışam, gələndən elə vurhavurdayam. Maşallah, toylarımız da çoxdur, insanlar məni öz xoş günlərində görmək istəyirlər. Hələ ki, evdə oturmağa vaxtım olmayıb. Min şükür, Allah bütün evlərə toy nəsib etsin. Hələ ki, vətəndəyəm, uzağa getməyi düşünmürəm. İnşallah ki, hər şey yaxşı olar, elə öz vətənimdə qalıb, toylarımızda iştirak edərəm. Təbii ki, dəvətlər olsa, gedib-gələcəyəm xaricə”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İskəndərli deyib. O daha sonra xəstəliyinin fəsadlarından danışıb.

“Xəstəxanadan çıxanda heç halım yox idi, güclə gəzirdim. Çox zəif idim. 10 kilo arıqlamışdım, həkim mənə dedi ki, yaxşı ye canında qüvvət olsun, immunitetin möhkəmlənsin. Bir az da çəki aldım. Bu virus mütləq şəkildə bir yerə öz fəsadını, təsirini göstərir. Gedib böyrəklərimi yoxlatdıracağam. Heç vaxt mənim ayaqlarım şişməzdi, amma indi dəhşətli dərəcədə çox şişib, gəzəndə də əziyyət çəkirəm. Hətta o dərəcədədir ki, əvvəl geyindiyim ayaqqabılar indi ayağıma olmur. Heç özümü qoruya da bilmirəm, gələndən vaxt tapmıram ki, həkimə gedim. Toylara gedirəm, özünüz bilirsiz də bu dəqiqə hamı toy edir. Düzdür, tərləyəndə əynimi o dəqiqə dəyişirəm, kürəyimə nəsə qoyuram, kondisionerin altında dayanmıram. Mümkün qədər özümü qorumağa çalışıram” - deyə əməkdar artist bildirib.

“Azərbaycana gələndə nəvələrinizlə görüşmüsüz” sualına isə Mətanət İskəndərli belə cavab verib: “Nəvələrim də gəlib-gedirlər, darıxıblar mənim üçün. Toydan gələn kimi başımı nəvələrimlə qatıram. Onlar mənim balalarımdır, mən onlarla nəfəs alıram, həyatda məni yaşadan elə nəvələrimdir”.


Geri qayıt