Əsas Səhifə > Şou-biznes > “Azərbaycanda qadınlar arasında avtomobili birinci Flora Kərimova, sonra mən sürmüşəm"
“Azərbaycanda qadınlar arasında avtomobili birinci Flora Kərimova, sonra mən sürmüşəm"13-07-2021, 08:59 |
“Bəzən mənə deyirlər ki, ay Əminə xanım, sizi efirlərdə görmürük, niyə görünmürsüz? Deyirəm ki, ayda bir dəfə mən efirlərdəyəm. Yəqin ki, siz baxmırsız. Belədə ki, hansına çıxım? Hər televiziya verilişinə qatılmıram axı. Dəvətlərim çox olsa da, təbii ki, seçim edirəm. Müsahibə də nadir hallarda verirəm, indi danışmağa bir o qədər də çox sözüm yoxdur. Amma gəncliyimdə çox olub. Zaur Kamal Xəzər televiziyasında aparıcı olanda 2-3 dəfə dəvət edib, baxmışam ki, məni kimlərlə çağırır, dəvəti qəbul edib getmişəm. ARB kanalında da yeni verilişinə məhz onun xətrinə getdim. İyulun 23-də “Ötən günlər” adlı veriliş Flora Kərimovaya həsr edilib. Onunla çox böyük dostluğum olduğu üçün orada mütləq olmalı idim” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış qiraətçi Əminə Yusifqızı deyib. “Bir müddət əvvəl səhhətinizdə problem olduğu deyilirdi, indi özünüzü necə hiss edirsiniz?” sualına qiraətçi belə cavab verib. “Xeyr, səhhətimdə hər bir şey qaydasındadır, mənə heç nə olmamışdı. Sadəcə olaraq kefim olmayanda hansısa jurnalist zəng etmişdi, demişdim ki, özümü pis hiss edirəm. Onlara da bir hay lazımdır ki, yazsınlar. Götürüb yazmışdılar ki, səhhətim pisdir” deyə cavablandırıb. Xalq artisti həmçinin ilk avtomobil idarə edən xanım sənətçilərdəndir. O bu haqda da bizə danışıb. “Azərbaycanda qadınlar arasında avtomobili birinci Flora Kərimova, sonra isə mən idarə etmişəm. O zaman ancaq kişilər maşın sürürdü. Təbii ki, bizə qəribə baxırdılar. Bizdən uzun illər sonra başladı xanımlar maşın sürməyə. Dövlət yol polisi əməkdaşları hörmət edirdi, gecə saat neçə olursa olsun gətirib qaraja kimi məni yola salırdılar. Çox gözəl vaxtlar idi. O vaxt yollarda bu qədər maşın da yox idi, boş idi. İndi görürsüz də tıxacları, dözmək olmur. Ona görə də 2 ildir avtomobil idarə etmirəm, sürücüm var, hara lazımdırsa məni aparıb-gətirir” deyə Əminə Yusifqızı deyib. Geri qayıt |