Əsas Səhifə > Şou-biznes > "Hər şeyimdən keçərdim övladlarımı qaytarmaq üçün"
"Hər şeyimdən keçərdim övladlarımı qaytarmaq üçün"12-07-2021, 10:49 |
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Onun sirri" verilişində qonaq olub. BiG.AZ xəbər verir ki, veriliş zamanı Hüseyn keçmiş ailəsindən, uşaqlardan danışıb: "Mən 11 il ailəli olmuşam. Ancaq hər şeyi qurban vermişəm. İnsanlar məni qınaya bilər. İki qız atası belə elədi...Bu həyatda ayrılan tək mən olmamışam. İnsanlar mənə deyəndə ki, kimsə ayrılıb. Təəccüblə baxırdım ki, belə şey olmaz. Düşünürdüm ki, bir dəfə ailə qurdun vəssalam. Təəssüflər olsun ki, elə deyil. Övladlarımdan mənə qarşı silah kimi istifadə edirlər. Heyif o uşaqlardan. Həyatda itirdiyim heç nəyə üzülmürəm. Nə o evlərə, nə maşına. Yeganə üzüldüyüm şey övladlarımdır. Bir tək təmiz adımdan başqa hər şeyimdən keçərdim onları qaytarmaq üçün. İnanmıram onlar məni izləsinlər. Onlar o qədər pis əhatədə yaşayırlar ki, imkan verməzlər məni izləsinlər. Heyif...Həyatda öz valideyinimə eləmədiyimi onların valideyininə etmişdim. Böyük qızımın 11 yaşı var. Artıq hər şeyi zmaan buraxdım. Bir insan bir şeyi itirəndə bir şeyi qazanır. Amma övlad elə şeydir ki, itirəndə onun yerini heç nə vermir. Balaca qzıım danışırdı arada mənlə onda da dedilər ki, əgər bizə başqa ölkəyə getməyə icazə versən uşağa sənlə danışmağa icazə verərik dedilər. Biabırçılıqdır...Əsas odur ki, bu gün mən çox xoşbəxtəm. 11 ili boşuna yaşamışam. Elə şey olur həyatda məcbur yaşayırsan. Mən ailədə də rahat insanam. Heç vaxt gəlib yemək tələb etmərəm. Həyatda insana olan dəyər böyük şeydir. Mən dəyərimi indi hiss edirəm. Allah mənim övladlarıma xoş gün nəsib etsin.Onlar üçün mən hər şey etmişəm. Mən övladlarıma namuslu övlad olmağı arzu edirəm. Kasıb da olsalar varlı da amma namuslu olsunlar". Qeyd edək ki, Hüseyn ikinci dəfə aktrisa Aysel İbrahimova ilə ailə qurub. Geri qayıt |