Əsas Səhifə > Şou-biznes > “İki rus qadının məni dinləyib ağlamasını gördüm”
“İki rus qadının məni dinləyib ağlamasını gördüm”10-07-2021, 09:27 |
““Çexov” teatr festivalı 2 ildən bir Moskvada keçirilir. Çox məşhur bir festivaldır. Musiqi festivalı olmasa da onlar nə vaxtsa bizim konsertimizdə bir obraz, tamaşa gördüklərinə görə tək bizi çağırmışdılar. Biz özümüz də təəccüblü qaldıq ki, niyə teatr festivalına bizi çağırdılar? Sonra biz teatrın direktoru ilə görüşdük, bizim şərəfimizə ziyafət verdilər, razılıqlarını bildirdilər. Çox gözəl konsertimiz baş tutdu” Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Fərqanə Qasımova deyib. O daha sonra əlavə edib. “Tamaşaçılarımız ruslardan ibarət idi, əlbəttə ki, azərbaycanlı dostlardan, tanışlardan da var idi. Rus tamaşaçılar bizdən soruşurdular ki, muğam nə deməkdir? Səhnəyə çıxmazdan öncə səsinizi necə açırsız? Mən bütün bunları orada əyani göstərirdim. Çox isti münasibət gördük. Hətta iki rus tamaşaçısının muğam oxuyarkən ağlamasını gördüm. Daha sonra hisslərini saxlaya bilməyib, göz yaşı tökən bir başqa Darya adlı xanımla tanış oldum. Konsertdən sonra məni qucaqlayıb öpdü, bağrına basdı. Mən hər zaman deyirəm ki, musiqi bizim qidamızdır, musiqinin dili yoxdur. Bizim üçün millətin, yerin, irqin fərqi yoxdur. Dünyanın hansı nöqtəsində olmuşuqsa hamısından özümüzə çox böyük diqqət görmüşük. Azərbaycanın Rusiyadakı səfirliyindən və Heydər Əliyev fondundan bizə çox böyük gül buketləri göndərildi. Təbii ki, onlara da öz təşəkkürümüzü bildiririk. Orada 6-7 kanala müsahibələr verdik, Alim müəllimlə birgə kanallarda çıxış etdik” deyə o bildirib. Geri qayıt |