Əsas Səhifə > Şou-biznes > "Evdən çıxıb, çölə addım atdınsa hamısı puldur"
"Evdən çıxıb, çölə addım atdınsa hamısı puldur"9-07-2021, 09:27 |
“Həmkarım, aktrisa Ülviyyə Əliyeva ilə birgə aparıcısı olduğum “Hüseynova bacıları” verilişi mövsüm finalına çıxdı. Hal-hazırda apardığım digər bir veriliş- “Dadlı-faydalı” davam edir. Üstəlik “Baldız” serialında da çəkilirəm. Vaxt tapanda 1-2 günlük ailəmlə istirahətə də gedirik. Sözsüz ki, istirahət üçün maddiyat əsasdır. Evdən çıxıb, çölə addım atdınsa hamısı puldur. Maşına minirsən benzin gedir, haradasa oturub bir tikə yemək yeyirsən, puldur. Şükürlər olsun ki, hər şey hələ ki, yaxşıdır. Nəyimiz varsa onu tapıb, yeyib dolanırıq”. Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa-aparıcı Xuraman Əlizadə bildirib. O, daha sonra əlavə edib. “Pandemiya əslində mənə bir o qədər də maddi yox, amma mənəvi çox pis təsir etdi. Özüm də virusa yoluxdum, xəstəlikdən sonra səhhətimdə kəskin fəsadlar yarandı. Hələ də psixolojii travmadan çıxa bilmirəm, klinikaya gedib-gəlirəm. İnstagram səhifəmdə gülməli, maraqlı videolar paylaşıram, zatən bunları edirdim, amma indi bu paylaşımları özümü depressiyadan çıxarmaq üçün edirəm. Təsəvvür edin ki, hər an ölüm qorxusu ilə yaşayırdım, fikirləşirdim ki, ölərəm, uşağım anadan yetim qalar. İndi şükürlər olsun, düzəlirəm. O ki qaldı maddiyata, mən televiziyada işləyirəm, oradan müəyyən qədər məvacib alıram. Yoldaşım da işləyir deyə onun üçün bir o qədər də çətinlik çəkmədim. Əlimizdə olanların hamısı getdi. Xına dekorlarımı satdım, başqa işə yatırım etdim. İnşallah ki, onun da bəhrəsini görərəm” - deyə aktrisa bildirib. Geri qayıt |