Əsas Səhifə > Şou-biznes > “Dənizə buldozer göndərib ərazini təmizləmək lazımdı, bu biabırçılıqdı…”

“Dənizə buldozer göndərib ərazini təmizləmək lazımdı, bu biabırçılıqdı…”


7-07-2021, 12:56
“Dənizə buldozer göndərib ərazini təmizləmək lazımdı, bu biabırçılıqdı…”
“Dənizin başına çəpər o məmur kimdirsə xalqın düşmənidir. Allah və həkimlərimiz buyurur ki, yay aylarında dəniz suyuyla müalicə olunun, amma məmurlar yolumuzu bağlayırlar. İkincisi də ki, hansı səlahiyyətlə bunu edirlər və buna məsul olan idarələr nə işlə məşğuldur?!”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti xalqı dövlətdən narazı salan məmurların cəzalandırılmasının vacibliyini vurğulayıb:

“Bu biabırçılıqdı. Cənab Prezident təcili sürətdə yoxlamaya başlamalıdır. Bütün kadrlar yoxlanılmalıdır, Azərbaycan xalqına, ictimaiyyətinə məlumat verilməlidir və kimin kim olması bəlli olmalıdır. Dənizin başına çəpər çəkən o məmur kimdirsə xalqın düşmənidir. Allah və həkimlərimiz buyurur ki, yay aylarında dəniz suyuyla müalicə olunun, amma məmurlar yolumuzu bağlayırlar. İkincisi də ki, hansı səlahiyyətlə bunu edirlər və buna məsul olan idarələr nə işlə məşğuldur?! Qardaş, bu bir-birinə bağlanmış bir zəncirdivari şəbəkədir. Kim bu xalqa qarşı təxribat edib erməninin qisasını şəhidlərimizdən, qazilərimizdən alırsa, bunlar hamısı ifşa olunmalıdır. Xalqın iştirakı ilə bunlar hamısı layiqli cəzalarını almalıdırlar. Necə ki, Sakaşvili etdi, bizdə də dənizin qabağına buldozer göndərib o adamların öz iştirakı ilə ərazini təmizləmək lazımdır. Bunlar hamısı cəzalanıb, içəri getməlidirlər”.


Geri qayıt