Əsas Səhifə > Şou-biznes > "Bir balanın vəfatının ildönümü olmamış o biri övladına toy edirsən?"
"Bir balanın vəfatının ildönümü olmamış o biri övladına toy edirsən?"2-07-2021, 09:08 |
“44 günlük müharibə vaxtı toplumumuzun səmimiliyinə inanmaq istədim. Amma çifayda. Savaşda şəhid olan gənclərə “balamdır, övladımdır, qardaşımdır” deyənlər neçə aydır toy məclislərinin davasını eləyirlər. Noldu, bir balanın vəfatının ildönümü olmamış o biri övladına toy edirsən?”. Bu sözləri feysbukda Əməkdar jurnalist Rasim İsmayılov yazıb. O qeyd edib ki, elə bil başqa vaxt qudasının ahıl yaşda qohumunun vəfat etməsinə görə toy mərasimlərini təxirə salan camaat deyilik: “Həm qeyri-səmimilikdir, həm də səviyyənin toy-xörək məclisi ilə ölçülməsidir. Çox da yüksək dəyərlərdən danışmaq boş şeydir. Reallığı qəbul edək. Heç kim toy məclislərinin vacibliyi, şadlıq evlərində çalışan personalın “dərdini çəkdiyi”, toyla yasın qardaş olduğu və s. barədə deklamasiya söyləməsin. Öldürücü cavablarım var. Sadəcə yazmağa həvəsim yoxdur. Evlənməklə, ailə qurmaqla, nikah mərasimi ilə toy-xörək məclisini qarışdırıb şivən salmaq istəyənlərin nəzərinə. 25-30 yaşlı iki gənc iş yoldaşım nişanlılarını götürüb getdilər “zaqsa”. Nikah kağızını da qoydular ciblərinə və neçə aydır xoşbəxt, şad-xürrəm yaşayırlar. Bu 4 gəncin əxlaqı mənim üçün bir çox ziyalının, ağsaqqalın, ağbirçəyin, ictimai xadimin əxlaqından çox yüksəkdə durur. Ürəyinizdə söydüklərinizi dilinizə də gətirə bilərsiniz. Baxın da”. Geri qayıt |