Əsas Səhifə > Şou-biznes > "Deyib, xətirlərinə dəymək istəmirəm"

"Deyib, xətirlərinə dəymək istəmirəm"


1-07-2021, 10:33
"Deyib, xətirlərinə dəymək istəmirəm"
Müğənni Günay İbrahimli bəzi həmkarlarının geyim tərzini tənqid edib.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Mtv”yə danışıb:

"Ötən illər ərzində xeyli stilistlə çalışmışam. Bu müddətdə zövqümü püxtələşdirmişəm. Artıq nəyin yaraşacağını, nəyin isə yaraşmayacağını bilirəm. Geyimlərimi özüm seçirəm. Böyük layihələr olduqda isə stilistlərə də müraciət edirəm. Deyib, xətirlərinə dəymək istəmirəm. Amma çox iyrənc görünürlər. Zövqlülər də var, amma zövqsüzlər daha çoxdur. Deyib necə qəlbini qırım? Çünki içindən gələn odur. Mən onlara bir gün başa salsam da, sabah onsuz da öz bildiyini geyinib çıxacaqlar efirə. Ona görə də deyib, qəlb sındırmaq istəmirəm".


Geri qayıt