Əsas Səhifə > Şou-biznes > “Otur Moskvanda, ağlını özünə saxla, sənin Azərbaycana aidiyyatın yoxdur”
“Otur Moskvanda, ağlını özünə saxla, sənin Azərbaycana aidiyyatın yoxdur”29-06-2021, 11:46 |
“43 ildir teatrda işləyirəm.Ən uğurlu, tamaşaçılarla dolu qastrol səfərlərimiz rayonlarda olub. Rayonlarda həmişə teatra, aktyora, aktyor sənətinə böyük sevği və hörmət görmüşük. Ay ilə davam edən qastrollarımız olub. Azərbaycanı içindən bölmək və bir-birinə qarşı qoymaq üçün illərdən bəri istifadə edilən Rus-erməni siyasətidir bu “rayonlu-şəhərli" oyunu” Bunu Xalq artisti Nurəddin Mehdixanlı Sərxan Sərxanın “Rayon camaatı nə bilir teatr, konsert nədir?” sözlərinə münasibət bildirərkən deyib. O daha sonra əlavə edib. “Bu torpaq uğrunda savaş gedəndə harda idin? Qarabağ uğrunda şəhid olanlar, “rayonlu-şəhərli” kimi yox, hamısı Azərbaycanlı kimi savaşdılar, şəhid oldular, qazi oldular. Sənin Azərbaycana heç bir aidiyyatın yoxdur! Azərbaycanın xalq artisti fəxri adın olsa da .Otur Moskvanda, ağlını özünə saxla. Azərbaycana dil uzadanların aqibəti göz qabağındadır” deyə Nurəddin Mehdixanlı deyib. Geri qayıt |