Əsas Səhifə > Şou-biznes > “Kül sənin oxumağından zövq alan rayonlunun başına”

“Kül sənin oxumağından zövq alan rayonlunun başına”


29-06-2021, 08:28
“Kül sənin oxumağından zövq alan rayonlunun başına”
“Kül sənin oxumağından zövq alan rayonlunun başına”.
Bu fikiri tanınmış gitara ifaçısı Rəhman Məmmədli Xalq artisti Sərxan Sərxan haqqında səsləndirib. Ötən gün Xalq artistinin verdiyi müsahibədə ifadə etdiyi “Rayon camaatı nə bilir teatr, konsert nədir?” ifadəsi musiqiçinin narazılığına səbəb olub.

Rəhman Məmmədli şəxsi Facebook hesabında Sərxan Sərxanı xalqdan üzr istəməyə səsləyib:

“Çox hörmətsiz Sərxan Sərxan! Əvvəla şəhər rayon söhbətini gündəmə gətirənlər mənim birmənalı düşmənimdir. Çünki rayon şəhərsiz, şəhər rayonsuz yaşaya bilməz. Sənə demək istəyərdim ki, səni nə məcbur elədi ki, bu ahıl yaşında bu qələti eləyəsən. Sən özünü nə boyda bir sənətkar sayırsan ki, rayon camaatına belə ittihamlar yağdırırsan? Axı sənin sənətin rayon camaatının nəyinə lazımdır? Kül sənin oxumağından zövq alan rayonlunun başına ki, sənin oxumağından zövq alır.

Hörmətsiz Sərxan Sərxan! Mən bir bəstəkar oğul böyütmüşəm ki, Amerika, Avropa onu tanıyır yazdığı simfonik əsərləri ilə. Amma sənin təbirincə rayon balasıdır. Sənə bir məsləhətim var. Çıxıb efirdə üzr istə. Amma çalış çıxışın Azərbaycan dilində olsun. Unutma ki, rayon da bizimdi, şəhər də. Çünki bir millətik.”

Qeyd edək ki, Xalq artisti Sərxan Sərxanın Kulis.az-a verdiyi müsahibədə səsləndirdiyi bu fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb.

bakupost

Geri qayıt