Əsas Səhifə > Şou-biznes > "Onlara nə verilirsə, halaldı"

"Onlara nə verilirsə, halaldı"


24-06-2021, 15:29
"Onlara nə verilirsə, halaldı"
“Cənab Prezidentin hərbçilərimizi təltif etməsi çox böyük bir mənəvi haqdır. Azərbaycanı çapıb-talayan məmurların övladlarından fərqli olaraq təltif olunan hərbçilərimiz vətən və xalq yolunda canlarını qoydular”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül hərbçilərimizin ləyaqətimizi təmizlədiklərini bildirib:

“Cənab Prezidentin hərbçilərimizi təltif etməsi çox böyük bir mənəvi haqdır. Azərbaycanı çapıb-talayan məmurların övladlarından fərqli olaraq təltif olunan hərbçilərimiz vətən və xalq yolunda canlarını qoydular. Onlara nə verilirsə, halaldı. Onlara ən nüfuzlu ordenləri, medalları vermək lazımdı. İki yüz il adımıza yazılan təslimçi, rüsvayçı müharibədən bu insanlar öz canları və qanlarıyla bizi xilas etdilər. Bununla yanaşı, onlar bir daha göstərdilər ki, sən demə düya Allahın qanunları ilə idarə olunur. İlahi qanunların içində isə Azərbaycan qanunları, xalqı, dövlətçiliyi, dövlətçilik ənənəsi və hərbi var. Dünyanın hərb akademiyaları Çingizxan və Əmir Teymurun strategiyasını bu gün də tədris edirlər”.

Şeyx Əbdül qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə də xalqımızı təbrik edib:

“Nəhayət biz iki gün sonra Silahlı Qüvvələr Gününü qeyd edəcəyik. Bu bütövlükdə Azərbaycanın şanlı şərəfinin, şöhrətinin bayramıdır. Onlar Azərbaycan xalqının tarixi salnaməsini yazdılar. 44 günlük Vətən müharibəsində sübut olundu ki, bu xalqın genində böyük hərb mədəniyyəti, tarixi var və zaman-zaman ehtiyac olanda bu ortaya çıxır və biz bütün dünyaya kim olduğumuzu göstəririk. Mən bütün Azərbaycan xalqını, türk dünyasını təbrik edirəm, Pakistan xalqını da öpüb, bağrıma basıram. Amma Azərbaycan Silahlı Qüvvələri sözündən sonra “erməni silahlı qüvvələri sözünü” yazmasınlar. Ayıbdı, bizə təhqirdi. Deputatlar, politoloqlar efirdə erməni xalqı deyə car çəkirlər, olmazmı ki, erməni milləti, tayfası desinlər. Ermənilərin silahlı qüvvəsi var?! Hamısı ordan-burdan yığlıma, bicdən əmələ gələnlərdi. Belə müqayisə aparmaq bizim üçün təhqirdi.

Çox sağ olsun Cənab Prezident yumruğunu ortaya qoydu və biz torpaqlarımızı işğaldan azad etdik. Əvvəllər sanki bizdə bir az inamsızlıq var idi, amma sonradan bəlli oldu ki, sən demə bu xalq elə həmişə bir ola, ölüm-dirim savaşına girə bilirmiş. Bu savaşa girdi və 44 günə bunu sübut da etdi. Bunun da başında Ali Baş Komandan durdu. Bu bizim tarixi bayramımızdı. Türk dünyasını öz tarixini bərpa edib və bayramını edir. Azərbaycan Silahlı Qüvvələri müqəddəs bir qurumdu. Yaxın 20-30 ildən sonra Qərbi Azərbaycan deyilən bu günki qondarma Ermənistanda bir nəfər də erməni qalmayacaq.

Bayram münasibətilə xalqımızı, Prezidentimizi təbrik edirəm. Çox sağ olsun ki, o, milli ruhumuzu bərpa etdi, xalqı səfərbər elədi, xalq da sağ olsun ki, müsəlləh əsgər kimi səfərbər oldu və şərəfli adın bərpa etdi. Bundan böyük bayram yoxdur. Biz bu günü daha geniş şəkildə bayram etməyilik. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə şəfa versin.

Mənə şübhəli gələn odur ki, bəzi dövlət idarələri hələ də bizim qazilərə ikili standartlarla yanaşırlar. Mən gələn dəfə onların da adını çəkəcəm. Hazırın naziri olanlar, vətən üçün can qoyanları qapı arxasında saxlamasınlar”.


Geri qayıt