Əsas Səhifə > Şou-biznes > "Bəzən çaşıram, hərdən oturub gözləyirəm ki, indi gələcək..."

"Bəzən çaşıram, hərdən oturub gözləyirəm ki, indi gələcək..."


24-06-2021, 08:40
"Bəzən çaşıram, hərdən oturub gözləyirəm ki, indi gələcək..."
"Arif müəllim hər saniyə gözümüzün önünə gəlir, bir dəqiqə də olsun ki, yadımızdan çıxmır. Maşınına minəndə də, evdə də, ofisinə gedəndə də, şəxsi əşyalarına baxanda da xatirələr bizi bir an da olsun tərk etmir. O, yaddan çıxan insan deyil. Mən ona qaynata yox, ata gözü ilə baxmışam. Nəvələrin ən sevimli babası idi, biz hər axşam onu gözləyirdik ki, qapını açıb içəri daxil olacaq və mən onu qarşılayacağam. Bəzən çaşıram, hərdən oturub gözləyirəm ki, indi gələcək".

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Arif Quliyevin gəlini Nəzifə Quliyeva deyib. O, daha sonra əlavə edib:

"Hər şeyimiz var, amma o yoxdursa, heç nə çatışmır kimi görünür. Bizim üçün başqa bir insan idi. Oğlu Rövşən onun yoxluğuna alışa bilmir, heç cür toparlana bilmir. Mən də, uşaqlar da həmçinin. Hər zaman 6-cı və bazar günləri uşaqları gəzməyə aparırdı, elə ki, bazar günü gəlir, uşaqlar onu gözləyir. Onu deyə bilərəm ki, evimizin dirəyini, ağsaqqalını itirmişik" - deyə o bildirib.

"Sənətkarın məzar daşı hələ də qoyulmayıb, buna səbəb nədir" sualına isə gəlini belə cavab verib:

"Qaynanam bir az özünü yaxşı hiss etmirdi, Arif müəllimin ölümü ona pis təsir etmişdi. O müddətdə başımız ona qarışdı. Təbii ki, çox qısa zamanda məzar daşı da qoyulacaq. Arif müəllim bu dünyada da, o dünyada da özünə rəhmət qazanan insanlardandır" deyə gəlini bildirib.



Geri qayıt