Əsas Səhifə > Şou-biznes > "...bu şəkildə həyatımıza 100-200 nəfərlik toylar daxil oldu"
"...bu şəkildə həyatımıza 100-200 nəfərlik toylar daxil oldu"22-06-2021, 11:30 |
Bəstəkar-müğənni Murad Arifin Azərbaycanda toylara icazə verilməsi barədə yazdığı status müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, o, Nazirlər Kabinetinin müvafiq qərara etdiyi dəyişikliklə bağlı paylaşımında say məhdudiyyəti barədə fikir bildirib: “Və bu şəkildə həyatımıza 100-200 nəfərlik toylar daxil oldu. İllərlə apardığım məclislərin əksəriyyəti onsuz da bu formatda keçirdi. Məclisin daha xudmani olması tədbiri daha rahat və daha səmimi edir. Ziyalı təbəqə heç vaxt bütün köhnə tanış-tunuşunu çağırmazdı. Sevinirəm ki, pandemiya belə bir ənənəni məcburən yaratdı. İstərdim ki, say məhdudiyyəti dəyişməsin. Ev yiyəsinə də rahat olur, məclis bazar-vağzala dönmür, toya yalnız yaxınlar, doğmalar dəvət alır. İsraf da olmaz!” Muradın statusunda əvvəlcə “ziyalı” əvəzinə “elit təbəqə” ifadəsindən istifadə etməsi də tənqidsiz ötüşməyib. Sosial şəbəkə istifadəçiləri onu ayrıseçkilikdə ittiham edib. M. Arif isə iddiaları belə cavablandırıb: “Mən “elit” yazanda onu “varlı” oxuyan adamlar var. Yanlışdırlar, məntiqsizdirlər, sözü yozandırlar. Amma nə edək?! Belələri də var... Amma “elit” sözü “varlı” demək deyil. Bunu belə yozanlar da ki, özləri bilər”. Geri qayıt |