Əsas Səhifə > Şou-biznes > "Orada gəlin-bəy olmadığı üçün xəbərsiz olmuşuq"
"Orada gəlin-bəy olmadığı üçün xəbərsiz olmuşuq"22-06-2021, 09:54 |
Müğənni Niyam Salami ona məxsus restoranlarda əməliyyat keçirilməsi barədə xəbərə münasibət bildirib. “Qafqazinfo”nun məlumatına görə, sənətçi instaqram səhifəsində açıqlama yayaraq obyektlərində gizlicə keçirilən toydan xəbərsiz olduğunu bildirib. Niyam qeyd edib ki, həmin şəxslər restoran menecerinə məlumat verməyiblər, bəy-gəlin libasında heç kəs gözə dəyməyib: “Orxan (Orxan Nadirov- red.) adlı administrator var. İnanmıram ki, ona toy keçirəcəkləri barədə məlumat versinlər, mənim isə bundan xəbərim olmasın! Biz bilməmişik, orada gəlin-bəy olmadığı üçün xəbərsiz olmuşuq. Hər kəs ziyafət geyimində gəlib. Stollarda tibbi spirt olub, sosial məsafəyə riayət edilib. Cərimələndim, 5 min manat ödədim. Cərimə yazılan gün pulum yox idi, sonra gedib ödədim. Hüquq-mühafizə orqanlarına təşəkkür edirəm, məni başqa restoran sahiblərindən ayırmadılar”. Qeyd edək ki, ötən həftə sənətçiyə məxsus iki restoranda əməliyyat keçirilib. Belə ki, şənbə günü onun Sumqayıtda yerləşən obyektində toy keçirildiyi ortaya çıxıb və sənətçi 5 min manat cərimələnib. Bir neçə gün əvvəl isə Daxili İşlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizlik Agentliyi tərəfindən onun Novxanıdakı restoranında reyd aparılıb. Monitorinq zamanı qanunvericilik tələblərinin pozulması faktları aşkar olunub və iaşə obyekti 400 manat dəyərində cərimə edilib. Geri qayıt |