Əsas Səhifə > Şou-biznes > “Yəqin ki, “Vağzalı” səsi eşidəndə koronavirus qıcıqlanıb, camaatın üstünə cumur…”
“Yəqin ki, “Vağzalı” səsi eşidəndə koronavirus qıcıqlanıb, camaatın üstünə cumur…”21-06-2021, 13:08 |
“Əsas məsələ müharibə idi və Şükür Allaha müharibəni də udduq. Müharibədən sonra isə toylar da olmalıdır” Bunu Moderator.az-a açıqlamasında Estrada müğənnisi Arzu Rzayev deyib. Müğənni bu gün onsuz da restoranların əvvəlki qaydada fəaliyyət göstərdiyini bildirib: “Əlbəttə, açıq havada toyların keçirilməsinin mən də tərəfdarıyam. Onsuz da restoranlar işləyir, “partlayır”. İndi bunun fərqi nədir ki, tədbir eyni tədbirdi və sadəcə insanlar toyunu edir. Yəqin ki, “vağzalı” səsi eşidəndə koronavirus qıcıqlanıb, camaatın üstünə cumur. Operativ Qərargah bu haqda düşünməlidir, insanlar artıq narahatdı. Bir neçə il sonra heç nəsil artımı da olmayacaq. Əsas məsələ müharibə idi və Şükür Allaha müharibəni də udduq. Müharibədən sonra isə toylar da olmalıdır. Nə qədər gənclər toysuz ailə qurdular. Çünki çox gözləyəndə də gənclər arasında narazılıqlar başlayır. Toy böyük bir biznes şəbəkəsidir, hamı ordan qazanırdı. İndi toylar yoxdu deyə özünüz də görürsünüz sanki elə bil sükut çöküb”. Geri qayıt |